Professional İT MMC Professional İT MMC

Senior Data Engineer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Senior Data Engineer

  • Deadline 26 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə haqqında

  • Senior Data Engineer olaraq siz AI və BI layihələrimizdə production səviyyəli ETL/ELT pipeline-larının, məlumat vitrinlərinin və Data Warehouse strukturlarının layihələndirilməsi, qurulması və optimallaşdırılmasına cavabdeh olacaqsınız. Əsas texnologiyalar: PostgreSQL, dbt, Python. 

Görəcəyiniz işlər

  • Production səviyyəli ETL/ELT proseslərinin hazırlanması və inkişafı.
  • BI və AI həlləri üçün ümumi məlumat vitrinlərinin qurulması.
  • Fakt cədvəllərinin, ölçülərin, açarların və qranulyarlığın layihələndirilməsi.
  • İnkremental yükləmə və tarixi məlumatların emalı.
  • Gec daxil olan məlumatların və mənbə sxemlərinin dəyişikliklərinin idarə olunması.
  • Avtomatlaşdırılmış məlumat keyfiyyəti və aktuallıq yoxlamalarının hazırlanması.
  • Mənbə sistemləri ilə analitik qat arasında məlumat həcmlərinin, açarların və göstəricilərin tutuşdurulması.
  • PostgreSQL sorğularının, indekslərin və execution plan-ların optimallaşdırılması.
  • Transformasiyaların və bərpa prosedurlarının sənədləşdirilməsi.

Sizdən Gözləntilərimiz

  • Güclü SQL və PostgreSQL bilikləri.
  • DBT ilə praktiki iş təcrübəsi.
  • Məlumat emalı və avtomatlaşdırma üçün Python.
  • Data Warehouse və ETL/ELT təcrübəsi.
  • İnkremental və təkrarlana bilən data pipeline-ların qurulması təcrübəsi.
  • Git və Linux bilikləri.
  • JOIN nəticəsində sətirlərin çoxalması, aqreqasiya və məlumat keyfiyyəti problemlərini müəyyən etmək bacarığı.

Əlavə üstünlüklər 

  • MariaDB / MySQL.
  • Böyük həcmli tarixi məlumatlar.
  • Təhsil və ya dövlət məlumatları ilə təcrübə.
  • BI üçün məlumatların hazırlanması.
  • Text-to-SQL layihələri.
  • Sahə üzrə beynəlxalq səviyyədə tanınan sertifikatlar

Təklif etdiyimiz

  • Rəqabətli əməkhaqqı: Təcrübə və bacarıqlarınıza uyğun rəqabətqabiliyyətli əməkhaqqı və performans bonusları.
  • Peşəkar inkişaf və təlimlər: Ölkənin ən iri və strateji AI/BI layihələrində çalışaraq bilik və bacarıqlarınızı artırmaq, beynəlxalq sertifikasiya proqramlarında iştirak imkanı.
  • Karyera imkanları: Sürətlə böyüyən komandada liderlik və karyera yüksəlişi perspektivləri.
  • Çevik iş rejimi: Rahat və balanslı iş mühiti üçün çevik iş saatları (Flexible working hours).
  • Rahat iş mühiti: Müasir texnologiyalar və avadanlıqlarla təminat, peşəkar və dəstəkləyici komanda mühiti.

Əgər bu vakansiya sizin marağınızdadırsa və təcrübəniz tələblərə uyğundursa, CV-nizi mövzu hissəsində vakansiyanın adını (Senior Data Engineer) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

  • Daily67
  • Weekly182
  • Monthly2154