İşin təsviri
- Debitor Borclar üzrə Mühasib şirkətə olan borcların düzgün uçotunu aparır, ödənişlərin vaxtında daxil olmasına nəzarət edir və debitor borcların idarə olunmasını təmin edir.
Vəzifə öhdəlikləri
- Online bank sistemində yerli ödəniş tapşırıqlarının və əmək haqqı ödənişlərin yazılması
- Online bank sistemində xarici bütün ödəniş tapşırıqlarının yazılması
- Online bank sistemində konvertasiya əməliyyatının yazılması
- Online bank sistemində banklar arası transfer əməliyyatının yazılması
- Təchizatçılar üzrə ödmə planının hazırlanması və təsdiqi alınması
- Kreditorlar üzrə üzləşmə edilməsi
- Debitor üzrə üzləşmə edilməsi
- Debitor borclarının (avans və aylıq ödənişlər üzrə) uçotu, izlənməsi və analizi;
- Müştərilərdən daxil olan pul vəsaitlərinin düzgün şəkildə 1C proqramında uçotunun aparılması;
- Müştərilərlə ödənişlərlə bağlı koordinasiyanın həyata keçirilməsi, borcların yığılması;
- Satışla bağlı ilkin uçot sənədlərinin və müqavilələrin yoxlanılması;
- Hesab-fakturaların və elektron qaimə-fakturaların tərtibi və göndərilməsi;
- Pul vəsaitlərinin daxilolma prosedurlarına nəzarət (o cümlədən internet banking üzərindən əməliyyatların yoxlanılması);
- 1C və Excel proqramlarında gündəlik əməliyyatların daxil edilməsi və izlənməsi;
- Gündəlik və aylıq daxili hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Rəhbərlik tərəfindən verilmiş digər mühasibatlıq yönümlü tapşırıqların icrası.
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- 1C 8.3 və MS Excel proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- Analitik düşünmə, operativlik və dəqiqlik;
- Komandada işləmə və müştəri yönümlü yanaşma;
- ACCA F3 sertifikatına sahib olmaq üstünlükdür.
İş şəraiti
- İş yeri: Ağ şəhər
- İş qrafiki: 5 günlük iş rejimi
- Əmək haqqı 800 AZN (Namizədin bilik və bacarığına əsasən dəyişə bilər)
Tələblər
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Microsoft Office proqramlarını bilmək;
- Kompyuterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı)
- Vergi, əmək qanunvericilikləri üzrə bilikləri olmalı;
- Analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə bilikləri olmalı;
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.