İş şəraiti
- Əməkhaqqı: 500–1.500 AZN + avtomobil xərclərinin kompensasiyası
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: 6 günlük iş həftəsi
- Sabit əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi;
- Yanacaq xərclərinin qarşılanması;
- Şəxsi avtomobilin texniki xidmət və amortizasiya xərclərinin kompensasiyası;
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.
Vəzifə öhdəlikləri
- Təyin olunmuş ərazi üzrə yeni müştərilərin (market və ticarət obyektlərinin) cəlb edilməsi və əməkdaşlıq əlaqələrinin qurulması;
- Müştərilərlə kommersiya danışıqlarının aparılması, satış qiymətlərinin və əməkdaşlıq şərtlərinin şirkətin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində razılaşdırılması;
- Müştərilərdən gündəlik sifarişlərin qəbul edilməsi, qeydiyyata alınması və icra üçün müvafiq bölməyə ötürülməsi;
- Müştərilərlə müqavilələrin və satışla bağlı digər sənədlərin rəsmiləşdirilməsinin təşkili;
- Sifarişlərin vaxtında və düzgün çatdırılmasının izlənilməsi, yaranan məsələlərin operativ həlli;
- Müştərilərlə qarşılıqlı hesablaşmaların aparılması, debitor borclarına və ödənişlərin vaxtında daxil olmasına nəzarət;
- Mövcud müştəri bazasının inkişaf etdirilməsi və təkrar sifarişlərin artırılması;
- Satış, sifariş və daxilolmalar üzrə gündəlik hesabatların təqdim edilməsi.
Namizədə tələblər
- Şəxsi avtomobilinin olması (mütləqdir);
- Satış və ya ekspeditor sahəsində iş təcrübəsi;
- Qida məhsullarının distribusiyası üzrə təcrübəyə üstünlük verilir;
- Bakı şəhərinin ərazilərini və market sektorunu yaxşı tanımaq;
- Müştərilərlə danışıqlar aparmaq və satış bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Satış ekspeditoru” başlığı ilə göndərə bilərlər.