P Profitline Consulting MMC
  • 144

Vergi mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vergi mütəxəssisi

  • Deadline 14 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Profitline Consulting şirkəti müştəri müəssisələrinə vergi və mühasibat uçotu xidmətlərinin göstərilməsi məqsədilə peşəkar Vergi mütəxəssisi axtarır.

Vəzifə öhdəlikləri:

  • Müştəri şirkətlərinin vergi uçotunun qurulmasına dəstək göstərilməsi və uçot prosesinə nəzarət;
  • Vergi, DSMF, statistika və digər hesabat və bəyannamələrin hazırlanaraq vaxtında təqdim edilməsi;
  • Mənfəət vergisi, ƏDV, ödəmə mənbəyində tutulan vergi, sadələşdirilmiş vergi, əmlak və torpaq vergisi üzrə hesablamaların aparılması;
  • Vergi orqanlarından daxil olan məktub, bildiriş, uyğunsuzluq və kameral yoxlama sənədlərinin izlənilməsi;
  • Daxil olan sorğu və bildirişlərə əsaslandırılmış cavabların hazırlanması və vaxtında təqdim edilməsi;
  • Müştərilərin şəxsi hesab vərəqələrinin, vergi borclarının, artıq ödəmələrinin və ƏDV depozit hesablarının yoxlanılması;
  • Mühasibat uçotu ilə vergi uçotu arasındakı fərqlərin müəyyən edilməsi və aradan qaldırılmasına dəstək;
  • Vergi ödənişlərinin düzgün hesablanmasına və vaxtında həyata keçirilməsinə nəzarət;
  • Müqavilələrin və təsərrüfat əməliyyatlarının vergi riskləri baxımından təhlili;
  • Vergi yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və prosesdə iştirak;
  • Müştərilərə vergi məsələləri üzrə peşəkar məsləhətlərin verilməsi;
  • Vergi qanunvericiliyindəki dəyişikliklərin izlənilməsi və müştərilərin məlumatlandırılması;
  • Aşkar edilmiş vergi riskləri və uyğunsuzluqlar üzrə hesabat və təkliflərin hazırlanması;
  • Vergi orqanları ilə yazışmaların və zəruri hallarda görüşlərin həyata keçirilməsi.

Namizədə tələblər:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq istiqamət üzrə ali təhsil;
  • Vergi və ya mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • Konsaltinq və ya autsorsinq şirkətində iş təcrübəsi üstünlükdür;
  • Müxtəlif fəaliyyət sahələri üzrə bir neçə şirkətin vergi uçotunu paralel idarə etmək bacarığı;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini və müvafiq qanunvericiliyi yüksək səviyyədə bilmək;
  • Vergi bəyannamələrinin müstəqil hazırlanması və təqdim edilməsi üzrə praktiki təcrübə;
  • Elektron Vergi İnformasiya Sistemi və digər dövlət portalları ilə işləmək bacarığı;
  • 1C proqramını və MS Excel-i yaxşı səviyyədə bilmək;
  • Rəsmi məktub və əsaslandırılmış cavablar hazırlamaq bacarığı;
  • Güclü analitik düşüncə, dəqiqlik və məsuliyyət;
  • Müştərilərlə peşəkar ünsiyyət və komanda ilə işləmək bacarığı.

İş şəraiti:

  • Əmək haqqı: 2 200–2 700 AZN;
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Peşəkar inkişaf və müxtəlif sahələr üzrə layihələrdə iştirak imkanı;
  • Stabil və korporativ iş mühiti;

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Vergi mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily97
  • Weekly574
  • Monthly1172