P Project Management Consulting MMC
  • 239

Project Management Consulting MMC

Professional Services

İnsan Resursları üzrə mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İnsan Resursları üzrə mütəxəssis

  • Истекает 30 октябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Layihə: Günəş Elektrik Stansiyasının tikintisi
İş yeri: Biləsuvar

Əsas vəzifələr:

  • Layihədə çalışan əməkdaşların kadr uçotunu aparmaq;
  • İşə qəbul, işdən azad olunma və digər kadr dəyişiklikləri ilə bağlı sənədləşməni həyata keçirmək;
  • Davamiyyət, məzuniyyət, ezamiyyət və tabel uçotunu aparmaq;
  • Əmək müqavilələrinin rəsmiləşdirilməsi və ƏMAS sistemində əməliyyatların aparılması;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq və yeniləmək;
  • Mühasibatlıqla əməkdaşlıq edərək əmək haqqı hesablanması üçün lazımi məlumatları təqdim etmək;
  • Əmək qanunvericiliyinə uyğun olaraq HR proseslərini təmin etmək.

Tələblər:

  • Ali təhsil (idarəetmə, hüquq və ya müvafiq sahə üzrə üstünlük veriləcək);
  • İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
  • Əmək Məcəlləsi və kadr uçotu ilə bağlı normativ aktları yaxşı bilmək;
  • ƏMAS və digər dövlət portalları ilə işləmə bacarığı;
  • MS Office proqramlarını (xüsusilə Excel) yaxşı bilmək;
  • Məsuliyyətli, dəqiq və operativ işləmək bacarığı;
  • Biləsuvar rayonunda yaşayan namizədlərə üstünlük veriləcək.

Şərtlər:

  • İş yeri: Biləsuvar (tikinti layihəsi sahəsi)
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Rəsmi əmək müqaviləsi ilə rəsmiləşdirmə
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily169
  • Weekly380
  • Monthly743