Layihə: Günəş Elektrik Stansiyasının tikintisi
İş yeri: Biləsuvar
Əsas vəzifələr:
- Layihədə çalışan əməkdaşların kadr uçotunu aparmaq;
- İşə qəbul, işdən azad olunma və digər kadr dəyişiklikləri ilə bağlı sənədləşməni həyata keçirmək;
- Davamiyyət, məzuniyyət, ezamiyyət və tabel uçotunu aparmaq;
- Əmək müqavilələrinin rəsmiləşdirilməsi və ƏMAS sistemində əməliyyatların aparılması;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq və yeniləmək;
- Mühasibatlıqla əməkdaşlıq edərək əmək haqqı hesablanması üçün lazımi məlumatları təqdim etmək;
- Əmək qanunvericiliyinə uyğun olaraq HR proseslərini təmin etmək.
Tələblər:
- Ali təhsil (idarəetmə, hüquq və ya müvafiq sahə üzrə üstünlük veriləcək);
- İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
- Əmək Məcəlləsi və kadr uçotu ilə bağlı normativ aktları yaxşı bilmək;
- ƏMAS və digər dövlət portalları ilə işləmə bacarığı;
- MS Office proqramlarını (xüsusilə Excel) yaxşı bilmək;
- Məsuliyyətli, dəqiq və operativ işləmək bacarığı;
- Biləsuvar rayonunda yaşayan namizədlərə üstünlük veriləcək.
Şərtlər:
- İş yeri: Biləsuvar (tikinti layihəsi sahəsi)
- İş rejimi: 6 günlük iş həftəsi
- Rəsmi əmək müqaviləsi ilə rəsmiləşdirmə
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.