İşin Təsviri:
- Android Box-larla işləmə, sazlama və quraşdırma bacarığı.
- Şəbəkə qurğuları (router, switch və s.) haqqında anlayış və iş prinsiplərini bilmək.
- İnternet bağlantılarında yaranan nasazlıqları diaqnostika etmək və həll yolları təklif etmək.
- İT avadanlıqların (printer, IP kameralar, POS terminallar və s.) ilkin sazlanması və problemlərin həlli.
- Obyektlərdə texniki baxış keçirmək və avadanlıqlarla bağlı texniki dəstəyi təmin etmək.
- Elektrik şəbəkəsi ilə bağlı sadə problemlərin həlli.
- Texniki sənədlərin hazırlanması və qeydiyyatı.
- Şirkətin məhsul və xidmətlərinin müəyyən bir coğrafi sahədə düzgün şəkildə təqdim etməsi.
- Texnik, müxtəlif avadanlıqların, maşınların və texnoloji sistemlərin düzgün işləməsini təmin etmək
Tələblər:
- Yaş həddi: 22-40 yaş.
- Kişi namizədlər
- Android cihazlarla işləmə üzrə baza bilikləri.
- Şəbəkə texnologiyaları (IP, DHCP, Wi-Fi və s.) barədə elementar anlayış.
- Təcrübə səviyyəsində avadanlıqlarla işləmə və texniki nasazlıqların diaqnostikası.
- Yeni texnologiyaları öyrənmək və tətbiq etmək bacarığı.
- Texniki problemlərin həlli zamanı analitik düşünmə və yaradıcı yanaşma bacarığı.
- İşdə operativlik və nəticəyönümlü yanaşma.
- Komanda ilə işləmək və müştərilərlə ünsiyyət qurmaq bacarığı.
- Məsafədən obyektlərə dəstək göstərmək üçün telefon və ya kompüter vasitəsilə texniki dəstək vermək.
- İctimai nəqliyyatla işləmək.
İş şəraiti:
- İş rejimi: Həftə içi 5 (beş) gün, saat 09:00-dan 18:00-dək.
- Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.
- Avtomobil təmin olunmur; iş əsasən ictimai nəqliyyatla əlaqədardır.
- Nəqliyyat xərclərinin qismən qarşılanması (müəyyən limit daxilində).
Uyğun namizədlər CV-lərini qeyd edilmiş elektron poçt ünvanına, subject hissəsinə “Texniki işçi” yazıb göndərsinlər.
Qeyd: Yalnız uyğun namizədlərə geri dönüş olacaq.