Tələblər:
- Tikinti texnikaları və qaldırıcı avadanlıqların satışı üzrə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil;
- Microsoft Excel proqramından yüksək səviyyədə istifadə bacarığı;
- Əsas iqtisadi biliklər;
- Dillər: Azərbaycan dili – sərbəst, Rus dili – əla, İngilis dili – orta;
- Komanda ilə işləmə bacarığı;
- Yazılı və şifahi özünü ifadə etmə bacarığı;
- Satış bacarığı;
- Ünsiyyətcil, düşüncələrini aydın və hərtərəfli ifadə edə bilən;
- Servis və ehtiyat hissələrinin xidmətinə dair ümumi anlayış.
Vəzifə və öhdəliklər:
- Tikinti texnikaları və qaldırıcı avadanlıqların satışını həyata keçirmək;
- “PROMEXTECH AZ” MMC satış kanalında satış planları və hədəflərinə nail olmaq, müştəri sayının və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyət göstərmək;
- Müştərilərin tələbatlarını öyrənmək və şirkətin məhsulları haqqında ətraflı və düzgün məlumat təqdim etmək;
- Mövcud müştəri bazası ilə mütəmadi işləmək və əlaqələri inkişaf etdirmək;
- Xüsusi müştərilər üzrə satışın artırılması istiqamətində təkliflər hazırlamaq;
- Qiymət siyasətinin formalaşdırılmasında iştirak etmək, satışın təhlilini aparmaq və sənədlərin düzgün idarə olunmasını təmin etmək;
- Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq;
- Debitor borclarına nəzarət etmək və onların yığılmasını təmin etmək;
- Rəqib şirkətlərin fəaliyyətini izləmək və bazar məlumatlarını təhlil etmək;
- Korporativ qaydalara uyğun işgüzar yazışmalar və telefon danışıqları aparmaq;
- Bazar potensialını analiz etmək və bazar imkanlarından səmərəli istifadə etmək;
- Yeni müştərilərin cəlb olunmasını təmin etmək;
- Proqram təminatından sistemli və səmərəli istifadə etmək;
- Müştərilərlə danışıqları etik qaydalara uyğun aparmaq;
- Reklam və tanıtım kampaniyalarının planlaşdırılması və həyata keçirilməsində fəal iştirak etmək.
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
- Sınaq müddəti- 3 ay;
- İş rejimi: 09:00-dan 18:00-dək; 5 günlük iş rejimi;
- Əmək haqqı: 2500 AZN NET;
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar, e-mail ünvanına gələn CV-lərə baxılacaq.
Müraciət etmək istəyən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsinə “Satış üzrə menecer” qeyd edərək göndərmələri xahiş olunur.