PromexTech AZ PromexTech AZ
  • 262

Satış üzrə Menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satış üzrə Menecer

  • Deadline 1 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tələblər:

  • Tikinti texnikaları və qaldırıcı avadanlıqların satışı üzrə minimum 1 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Microsoft Excel proqramından yüksək səviyyədə istifadə bacarığı;
  • Əsas iqtisadi biliklər;
  • Dillər: Azərbaycan dili – sərbəst, Rus dili – əla, İngilis dili – orta;
  • Komanda ilə işləmə bacarığı;
  • Yazılı və şifahi özünü ifadə etmə bacarığı;
  • Satış bacarığı;
  • Ünsiyyətcil, düşüncələrini aydın və hərtərəfli ifadə edə bilən;
  • Servis və ehtiyat hissələrinin xidmətinə dair ümumi anlayış.

Vəzifə və öhdəliklər:

  • Tikinti texnikaları və qaldırıcı avadanlıqların satışını həyata keçirmək; 
  • “PROMEXTECH AZ” MMC satış kanalında satış planları və hədəflərinə nail olmaq, müştəri sayının və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyət göstərmək; 
  • Müştərilərin tələbatlarını öyrənmək və şirkətin məhsulları haqqında ətraflı və düzgün məlumat təqdim etmək;
  • Mövcud müştəri bazası ilə mütəmadi işləmək və əlaqələri inkişaf etdirmək;
  • Xüsusi müştərilər üzrə satışın artırılması istiqamətində təkliflər hazırlamaq;
  • Qiymət siyasətinin formalaşdırılmasında iştirak etmək, satışın təhlilini aparmaq və sənədlərin düzgün idarə olunmasını təmin etmək; 
  • Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq; 
  • Debitor borclarına nəzarət etmək və onların yığılmasını təmin etmək;
  • Rəqib şirkətlərin fəaliyyətini izləmək və bazar məlumatlarını təhlil etmək;
  • Korporativ qaydalara uyğun işgüzar yazışmalar və telefon danışıqları aparmaq;
  • Bazar potensialını analiz etmək və bazar imkanlarından səmərəli istifadə etmək;
  • Yeni müştərilərin cəlb olunmasını təmin etmək;
  • Proqram təminatından sistemli və səmərəli istifadə etmək;
  • Müştərilərlə danışıqları etik qaydalara uyğun aparmaq;
  • Reklam və tanıtım kampaniyalarının planlaşdırılması və həyata keçirilməsində fəal iştirak etmək.

İş şəraiti:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
  • Sınaq müddəti- 3 ay;
  • İş rejimi: 09:00-dan 18:00-dək; 5 günlük iş rejimi;
  • Əmək haqqı: 2500 AZN NET;

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar, e-mail ünvanına gələn CV-lərə baxılacaq.

Müraciət etmək istəyən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsinə “Satış üzrə menecer” qeyd edərək göndərmələri xahiş olunur.

  • Daily135
  • Weekly175
  • Monthly1984