Maliyyə köməkçisi

  • Истекает 23 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Proshine MMC komandasına qoşulmaq üçün məsuliyyətli və öyrənməyə həvəsli Maliyyə köməkçisi axtarır!

Əsas vəzifə öhdəlikləri:

  • Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi;
  • Rəsmi anbar uçotunun izlənilməsi və nəzarətdə saxlanılması;
  • Sistem üzərindən elektron qaimələrin izlənilməsi və yoxlanılması;
  • Maliyyə və mühasibatlıq üzrə gündəlik əməliyyatlara dəstək göstərilməsi.

Namizədə tələblər:

  • Məsuliyyətli, diqqətli və dəqiq olmaq;
  • Kollektivlə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Öyrənməyə və peşəkar inkişafa həvəsli olmaq;
  • Maliyyə və ya mühasibatlıq sahəsində ilkin biliklərin olması üstünlükdür;
  • Müvafiq sahədə praktiki təcrübə arzuolunandır.
  • İş prosesi və vəzifə öhdəlikləri üzrə təlim keçirilir. Təcrübəsi az olan, lakin öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər.

İş şəraiti:

  • Əməkhaqqı: 550–600 AZN
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
  • İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti, Qafqaz Biznes Mərkəzi

Maraqlanan namizədlərdən CV-lərini PDF formatında, mövzu hissəsində “Maliyyə köməkçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly89
  • Monthly1567