Proshine MMC komandasına qoşulmaq üçün məsuliyyətli və öyrənməyə həvəsli Maliyyə köməkçisi axtarır!
Əsas vəzifə öhdəlikləri:
- Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi;
- Rəsmi anbar uçotunun izlənilməsi və nəzarətdə saxlanılması;
- Sistem üzərindən elektron qaimələrin izlənilməsi və yoxlanılması;
- Maliyyə və mühasibatlıq üzrə gündəlik əməliyyatlara dəstək göstərilməsi.
Namizədə tələblər:
- Məsuliyyətli, diqqətli və dəqiq olmaq;
- Kollektivlə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Öyrənməyə və peşəkar inkişafa həvəsli olmaq;
- Maliyyə və ya mühasibatlıq sahəsində ilkin biliklərin olması üstünlükdür;
- Müvafiq sahədə praktiki təcrübə arzuolunandır.
- İş prosesi və vəzifə öhdəlikləri üzrə təlim keçirilir. Təcrübəsi az olan, lakin öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər.
İş şəraiti:
- Əməkhaqqı: 550–600 AZN
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
- İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti, Qafqaz Biznes Mərkəzi
Maraqlanan namizədlərdən CV-lərini PDF formatında, mövzu hissəsində “Maliyyə köməkçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.