Prospect Cloud ERP — Azərbaycanda KOB-lar üçün biznes proseslərini avtomatlaşdıran innovativ bulud ERP platformasıdır. Biz sürətlə böyüyürük və bazarda yeni yanaşmalar formalaşdırırıq.
Komandamıza yalnız kontent paylaşan deyil, böyümə yaradan (growth mindset-li), həm kreativ, həm də performans yönümlü universal marketoloq axtarırıq.
Əgər sən həm düzgün mesajı yarada, həm də onu düzgün auditoriyaya çatdıra bilirsənsə — bu rol sənin üçündür.
Vəzifə öhdəlikləri:
- Şirkətin ümumi marketinq strategiyasının hazırlanması və icrası
- Meta (Facebook & Instagram) platformalarında reklam kampaniyalarının qurulması, optimizasiyası və şkalalanması
- Hədəf auditoriyanın analizi və düzgün target seqmentlərinin formalaşdırılması
- Kreativ kontentin (postlar, reklam vizualları, hook-lar, mesajlar) hazırlanması və test edilməsi
- Sosial media hesablarının (Facebook, Instagram, LinkedIn) effektiv idarə olunması
- Gündəlik/planlı kontentlərin hazırlanması və paylaşımı
- Reklam büdcəsinin planlanması və ROI əsaslı idarə olunması
- Satış komandası ilə birgə işləyərək:
- lead keyfiyyətinin təhlili
- funnel optimizasiyası
- conversion artırılması
- A/B testlər vasitəsilə reklam və kontent performansının davamlı yaxşılaşdırılması
- PR yönümlü kontentlərlə brendin “innovativ ERP həlli” kimi mövqeləndirilməsi
Tələblər:
- Meta Ads (Facebook/Instagram) üzrə real praktiki təcrübə və nəticələr
- Həm targeting, həm də kreativ düşüncə bacarığı (yəni yalnız reklam qurmaq yox, ideya yaratmaq)
- Dizayn alətlərində işləmə bacarığı (Adobe Photoshop, Illustrator və ya alternativləri)
- Kontent yazmaq və mesajı düzgün çatdırmaq bacarığı
- Analitik düşüncə və dataya əsaslanan qərarvermə
- Funnel, lead generation və performans marketing anlayışı
- Azərbaycan dilində səlis yazı və danışıq (rus və ingilis dili üstünlükdür)
- Enerjili, təşəbbüskar və yeni çağırışlara açıq olmaq
- Komanda ilə işləmək və nəticəyə fokuslanmaq bacarığı
Sənə nə təklif edirik:
- Sürətlə böyüyən və real bazar problemi həll edən məhsul üzərində işləmək
- Kreativ ideyalarını test etmək və real nəticə görmək imkanı
- Marketinqi “post paylaşmaqdan” çıxarıb, real growth engine kimi qurmaq fürsəti
- Gənc, dinamik və nəticəyönümlü komanda
- Karyera və şəxsi inkişaf üçün geniş imkanlar
- Əmək haqqı: 800 - 1400 AZN arası + KPI üzrə bonus.
- Prospect Cloud ERP-in yaxın zamanda beynəlxalq bazarlara çıxış strategiyasında aktiv rol almaq imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.