Hazırda komandamıza qoşulmaq üçün PROSPECT CLOUD ERP Proqram təminatı Təlim Mütəxəssisi üzrə təcrübəçi axtarırıq.
Tələblər:
- Biznes Proseslərin avtomatlaşdırılması sahəsində təcrübə qazanmaq istəyən hər kəs,
- Universitetin 3-4-cü kurs tələbələri də müraciət edə bilər;
- Xüsusilə Maliyyə və ya Biznesin idarə olunması ixtisasında təhsil alan namizədlərə üstünlük verilir;
- Analitik düşünmə bacarığı və öyrənməyə həvəs;
- Komanda ilə işləmək və ünsiyyət bacarığı;
- İT sahəsinə maraq və yeni texnologiyaları öyrənməyə açıqlıq;
- Səlis nitq qabiliyyəti və fikrini izah edə bilmə bacarığı;
- İlkin təqdimat bacarıqları:
Təcrübə proqramında sizi nələr gözləyir?
- ERP sisteminin müxtəlif modullarının (Anbar, Satış, Maliyyə, İstehsal, HR) praktiki öyrənilməsi;
- ERP proqramının funksional imkanlarını istifadəçilərə öyrətmə bacarığının inkişafı;
- Real şirkət prosesləri üzərində təlim və praktiki tapşırıqlar;
- Peşəkar mühitdə təcrübə qazanmaq və karyera imkanları.
- Öyrətmə texnikalarına yiyələnmə imkanı,
- 500+ şirkətdə biznes prosesləri qrumuş mütəxəssislərlə birbaşa birlikdə çalışma və təlim alma imkanı,
- Biznes proseslərin dərindən öyrənilməsi, avtomatlaşdırılması və öyrədilməsi bacarıqlarına yiyələnmək,
- Korporativ danışıqların aparılması bacarıqlarına yiylənmə imkanı,
- İdarəetmə uçotunun təşkili və avtomatlaşdırılması biliklərinə yiyələnmə imkanı və s.
Təcrübənin müddəti və imkanlar:
- 3 ay
- Təcrübə proqramı Remote ( homeoffice ) formatında təşkil oluna bilər.
- Təcrübə proqramını uğurla bitirən namizədlərə sertifikatlar təqdim olunacaqdır.
- Uğurlu nəticə göstərənlər üçün işə qəbul imkanı nəzərdə tutulmuşdur.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına başlıq hissəyə Təlim mütəxəssisi üzrə təcrübəçi yazaraq göndərin.