Prospect Cloud ERP Prospect Cloud ERP
  • 123
Prospect Cloud ERP

Prospect Cloud ERP

İnformasiya və kommunikasiya

Telesales Mütəxəssisi (ERP və Bulud Texnologiyaları)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Telesales Mütəxəssisi (ERP və Bulud Texnologiyaları)

  • Deadline 4 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Prospect Cloud ERP kiçik və orta bizneslər üçün bulud əsaslı ERP həlləri təqdim edən texnologiya şirkətidir. Komandamızı genişləndirmək məqsədilə satış sahəsində təcrübəli və nəticəyönümlü Telesales Mütəxəssisi axtarırıq.

Əgər Korporativ və ya Telesales  satışlarında uğurlu təcrübəniz varsa, müştərilərlə effektiv ünsiyyət qurmağı bacarırsınızsa və texnologiya sektorunda inkişaf etmək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri

  • Marketinq müraciətləri, tövsiyələr və soyuq zənglər (Cold Call) əsasında daxil olan potensial müştərilərlə işləmək;
  • Potensial müştərilərlə telefon vasitəsilə əlaqə yaratmaq və satış prosesini idarə etmək;
  • Müştərilərin biznes ehtiyaclarını təhlil etmək və uyğun ERP həllərini təqdim etmək;
  • Satış imkanlarını müəyyən etmək və görüşlər təşkil etmək;
  • CRM sistemində müştəri məlumatlarını və satış fəaliyyətlərini qeyd etmək;
  • Satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
  • Satış komandasının digər üzvləri ilə koordinasiyalı işləmək.

Tələblər

  • Telesales və ya korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və inandırma qabiliyyəti;
  • Satış hədəfləri ilə işləmək və nəticə əldə etmək bacarığı;
  • Kompüter və CRM sistemləri ilə işləmək bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və müştəriyönümlü yanaşma;
  • Rus və ya ingilis dili biliyi üstünlük hesab olunur.

Biz nə təklif edirik?

  • Baza əməkhaqqı və performansa əsaslanan bonus sistemi (800 + bonus);
  • Tam və ya qismən Home Office (uzaqdan işləmə) imkanı; 
  • ERP sistemləri, biznes prosesləri və bulud texnologiyaları sahəsində peşəkar inkişaf;
  • Davamlı təlim və mentor dəstəyi; 
  • Karyera yüksəlişi imkanları; 
  • Müasir və innovativ texnologiya məhsullarının satışında iştirak imkanı.

Niyə Prospect Cloud ERP?

Prospect Cloud ERP-də siz sadəcə satış etməyəcəksiniz. Müştərilərin bizneslərini daha effektiv idarə etmələrinə kömək edən müasir ERP və bulud texnologiyaları ilə işləyəcək, texnologiya sektorunda dəyərli təcrübə və ekspertiza qazanacaqsınız.

Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Telesales başlığı ilə təqdim edə bilərlər. 

  • Daily109
  • Weekly567
  • Monthly567