Namizədə olan tələblər:
- JavaScript, HTML, CSS, JQuery, Bootstrap, Angular, TypeScript-də iş təcrübəsi ,
- RESTfull və SOAP web servisləri ilə işləyə bilmək,
- Sıralama, konkurent və paralel alqoritmlərlə tanışlıq,
- Ümumi alqoritm qurma bacarığı,
- Agile Software Development prinsipləri ilə iş təcrübəsi,
- Analitik düşünmək və problem həll etmək bacarığı,
- Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti,
- Kollektiv şüurla komanda şəklində fəaliyyət,
- Asan ünsiyyət qura bilmək,
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq,
- Ali təhsilli olmaq,
- Texniki ingilis dili (daha yaxşı bilənlərə üstünlük verilir),
- Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti olmaq.
İş barədə məlimat:
- Verilən texniki tapşırığa uyğun proqram təminatlarının işlənib hazırlanması,
- Sprint üzrə verilmiş tapşırıqları vaxtında, tələblərə uyğun hazırlanması,
- Hazırladığı tapşırıqların ilkin sınaqlarını aparmaq və işlərin keyfiyyətli təhvil verilməsi,
- Yeni proqram təminatı hazırlanması,
- Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi,
- Mövcud proqram təminatlarının inkişaf etdirilməsi,
- Proqram təminatlarının test edilməsi.
İş şəraiti:
- İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. Istirahət günləri: şənbə, bazar
- Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
Qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Angular proqramçı” yazaraq CV formasını elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər.