Təsvir:
- Proqram təminatlarının inkişafında təcrübənizi növbəti səviyyəyə daşımağa hazırsınız?
- Biz mövcud və yeni proqram təminatlarının inkişafı, texniki dəstəyi və optimallaşdırılması sahəsində çalışacaq ASP.Net web form proqramçı axtarırıq!
- Əgər siz analitik düşüncəyə, texniki bacarıqlara və komanda ruhuna sahibsinizsə, bu fürsəti qaçırmayın!
İş şəraiti:
- İş yeri: Bakı, Azərbaycan
- İş növü: Tam ştat (full-time)
Sizdən nələri gözləyirik?
- C#, ASP.NET, Entity Framework üzrə iş təcrübəsi,
- Web proqramlaşdırma, CSS, HTML, JavaScript, jQuery, Ajax bilikləri,
- SQL dili üzrə bilik və Oracle/MSSQL Server ilə işləmə bacarığı,
- Web Servis və Web Servis Client yazmaq bacarığı,
- DevExpress komponentləri ilə iş təcrübəsi,
- Analitik düşüncə və problem həll etmə bacarığı,
- Tapşırıqlara adaptasiya və sərbəst araşdırma qabiliyyəti,
- Komandada işləmə bacarığı və kollektiv şüur,
- Agile/SCRUM metodologiyaları üzrə təcrübə,
- Texniki ingilis dili (daha yaxşı bilənlərə üstünlük verilir),
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı,
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmalı,
- Asan ünsiyyət qura bilməli,
- İdeyanı strukturlaşdırılmış qaydada təqdimetmə bacarığı,
- Obyektyönlü proqramlaşdırmanın prinsipləri haqqında biliklərə malik olmalı,
- Ən azı 5 illik müvafiq iş təcrübəsi.
Görəcəyiniz işlər:
- C# və ASP.Net proqramlaşdırma dillərində, Oracle və MSSQL Server verilənlər bazasında işləyən hazır yazılmış Web Form proqram təminatlarına texniki dəstək göstərilməsi,
- Verilən texniki tapşırıqlara uyğun yeni proqram təminatlarının hazırlanması,
- Sprint üzrə tapşırıqların vaxtında və keyfiyyətli icrası,
- Yeni proqram təminatı hazırlanması,
- Hazırlanmış tapşırıqların ilkin testlərinin aparılması və keyfiyyətli təhvil verilməsi,
- Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi və inkişaf etdirilməsi,
- Proqram təminatlarının test edilməsi və yeni hesabatların hazırlanması.
Biz sizə nə təklif edirik?
- Namizədin təcrübə və bacarıqları nəzərə alınmaqla, əmək bazarının tələblərinə uyğun rəqabətli əmək haqqı təklif olunur.
- Həftənin 5 günü iş rejimi (09:00 - 18:00, istirahət günləri: şənbə, bazar),
- Peşəkar inkişaf və maraqlı layihələrdə iştirak imkanı,
- Dostyana və dəstəkləyici iş mühiti.
Müraciət etmək üçün:
Əgər bu imkan sizi maraqlandırırsa və kriteriyalara uyğunsunuzsa, mövzu hissəsində “ASP.Net web form proqramçı” yazaraq CV-nizi Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərin.
Mövcud proqram təminatlarını inkişaf etdirmək və yeni həllər yaratmaq istəyirsiniz? O zaman komandamıza qoşulun!