PROSYS LLC PROSYS LLC
  • 375

PROSYS LLC

Other

ASP.Net Proqramçı

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

ASP.Net Proqramçı

  • Истекает 12 декабрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təsvir:

  • Proqram təminatlarının inkişafında təcrübənizi növbəti səviyyəyə daşımağa hazırsınız?
  • Biz mövcud və yeni proqram təminatlarının inkişafı, texniki dəstəyi və optimallaşdırılması sahəsində çalışacaq ASP.Net web form proqramçı axtarırıq!
  • Əgər siz analitik düşüncəyə, texniki bacarıqlara və komanda ruhuna sahibsinizsə, bu fürsəti qaçırmayın!

İş şəraiti:

  • İş yeri: Bakı, Azərbaycan
  • İş növü: Tam ştat (full-time)

Sizdən nələri gözləyirik?

  • C#, ASP.NET, Entity Framework üzrə iş təcrübəsi,
  • Web proqramlaşdırma,  CSS, HTML, JavaScript, jQuery, Ajax bilikləri,
  • SQL dili üzrə bilik və Oracle/MSSQL Server ilə işləmə bacarığı,
  • Web Servis və Web Servis Client yazmaq bacarığı,
  • DevExpress komponentləri ilə iş təcrübəsi,
  • Analitik düşüncə və problem həll etmə bacarığı,
  • Tapşırıqlara adaptasiya və sərbəst araşdırma qabiliyyəti,
  • Komandada işləmə bacarığı və kollektiv şüur,
  • Agile/SCRUM metodologiyaları üzrə təcrübə,
  • Texniki ingilis dili (daha yaxşı bilənlərə üstünlük verilir),
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı,
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmalı,
  • Asan ünsiyyət qura bilməli,
  • İdeyanı strukturlaşdırılmış qaydada təqdimetmə bacarığı,
  • Obyektyönlü proqramlaşdırmanın prinsipləri haqqında biliklərə malik olmalı,
  • Ən azı 5 illik müvafiq iş təcrübəsi.

Görəcəyiniz işlər:

  • C# və ASP.Net proqramlaşdırma dillərində, Oracle və MSSQL Server verilənlər bazasında işləyən hazır yazılmış Web Form proqram təminatlarına texniki dəstək göstərilməsi,
  • Verilən texniki tapşırıqlara uyğun yeni proqram təminatlarının hazırlanması,
  • Sprint üzrə tapşırıqların vaxtında və keyfiyyətli icrası,
  • Yeni proqram təminatı hazırlanması,
  • Hazırlanmış tapşırıqların ilkin testlərinin aparılması və keyfiyyətli təhvil verilməsi,
  • Mövcud proqram təminatlarına texniki dəstək göstərilməsi və inkişaf etdirilməsi,
  • Proqram təminatlarının test edilməsi  və yeni hesabatların hazırlanması.

Biz sizə nə təklif edirik?

  • Namizədin təcrübə və bacarıqları nəzərə alınmaqla, əmək bazarının tələblərinə uyğun rəqabətli əmək haqqı təklif olunur.
  • Həftənin 5 günü iş rejimi (09:00 - 18:00, istirahət günləri: şənbə, bazar),
  • Peşəkar inkişaf və maraqlı layihələrdə iştirak imkanı,
  • Dostyana və dəstəkləyici iş mühiti.

Müraciət etmək üçün:
Əgər bu imkan sizi maraqlandırırsa və kriteriyalara uyğunsunuzsa, mövzu hissəsində “ASP.Net web form proqramçı” yazaraq CV-nizi
Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərin.
Mövcud proqram təminatlarını inkişaf etdirmək və yeni həllər yaratmaq istəyirsiniz? O zaman komandamıza qoşulun!

  • Daily82
  • Weekly82
  • Monthly650