Prosys LLC Prosys LLC
  • 1.6K

Prosys LLC

Digər

Data Analitika üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Data Analitika üzrə mütəxəssis

  • Deadline 1 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə olan tələblər:

  • İnformasiya Texnologiyaları, Biznesin İdarəedilməsi, Kompüter Elmləri və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
  • İT layihələrinin idarə edilməsi və biznes analitikası sahəsində minimum 3 il iş təcrübəsi;
  • Apache Superset, Tableau, Power BI kimi BI alətlərindən ən azı biri üzrə təcrübə;
  • SQL bilikləri (PostgreSQL / MS SQL / Oracle üstünlükdür);
  • Excel / Google Sheets – yüksək səviyyədə bilik;
  • Agile və SCRUM metodologiyaları haqqında biliklər;
  • Statistik analiz və əsas analitik metodların anlayışı;
  • Məlumatlarla işləyərkən diqqətlilik və sistemli yanaşma;
  • Proqramlaşdırma və layihə idarəetməsi texnologiyaları üzrə biliklər;
  • Biznes və texnoloji tələbləri anlama bacarığı;
  • Texniki tapşırıqların hazırlanması və onlar üzərində işləmək bacarığı;
  • Araşdırma aparmaq və effektiv kommunikasiya bacarığı;
  • Analitik düşüncə və nəticələri aydın şəkildə izah etmə bacarığı;
  • Komandada işləmək, müstəqil qərarlar qəbul etmək və stres altında işləmək bacarığı;
  • Ünsiyyət və təqdimat bacarıqları;
  • Texniki ingilis dili biliyi, rus dili biliyi üstünlükdür.

İş barədə məlumat:

  • Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, tələblərin müəyyən edilməsi və təhlili;
  • Biznes tələblərinin qeydə alınması, analiz edilməsi və SCRUM komandasına ötürülməsi;
  • Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (funksional spesifikasiyaların yazılması və yaradılması);
  • Proses modellərinin sxemlər vasitəsilə qurulması və təsviri;
  • Texniki tapşırıqların SCRUM komandası ilə müzakirə edilməsi;
  • Müxtəlif mənbələrdən (ERP, CRM, DB, Excel və s.) məlumatların toplanması və təmizlənməsi;
  • Analitik hesabatların və dashboardların hazırlanması (KPI, trend, performans göstəriciləri);
  • Biznes proseslərinin data əsaslı təhlili və təkmilləşdirmə üzrə təkliflərin verilməsi;
  • Proqnozlaşdırma və modelləşdirmə proseslərində iştirak;
  • Rəhbərlik üçün icmal hesabatların və təqdimatların hazırlanması;
  • Məlumat keyfiyyətinə nəzarət və optimallaşdırma;
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi;
  • Biznes tələblərinə uyğun hesabat və dashboardların hazırlanması;
  • Hazırlanmış analitik hesabatların test edilməsi;
  • Proqram təminatlarında zəruri konfiqurasiyaların aparılması;
  • Yeni texnologiyalar üzrə biliklərin daim yenilənməsi;
  • Sifarişçilər üçün məhsul təqdimatlarının keçirilməsi.

İş şəraiti:

  • İş qrafiki: həftənin 5 günü, saat 09:00–18:00
  • İstirahət günləri: şənbə, bazar
  • Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq

Qeyd olunan tələblərə uyğun namizədlər mövzu hissəsində “Data Analitika üzrə mütəxəssis” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily129
  • Weekly505
  • Monthly1192