İş yeri: Bakı, Azərbaycan
İş növü: Tam ştat (Full-time)
PROSYS MMC olaraq HRMpro proqram təminatının inkişafı və tətbiqi prosesində iştirak edəcək “Əmək haqqı hesablanması üzrə mühasib” axtarırıq. Analitik düşüncəyə, mühasibat, əmək haqqı hesablanması, əmək qanunvericiliyi sahəsində biliklərə malik namizədlər müvafiq vakansiyaya müraciət edə bilər.
Sizdən nələri gözləyirik?
- Mühasibatlıq və ya maliyyə üzrə bakalavr dərəcəsi
- Əmək haqqı, məzuniyyət, ezamiyyə, DSMF, işsizlik sığortası və gəlir vergisinin hesablanması üzrə əla səviyyədə bilik və minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikası əmək və vergi məcəlləsinin müvafiq maddələri üzrə əla səviyyədə bilik;
- HRM sistemləri ilə işləmə bacarığı;
- Analitik təfəkkür və detallara diqqət;
- Komandada işləmə bacarığı və problemi yaradıcı yanaşma ilə həll etmək;
- Biznes proseslərin modelləşdirilməsi və optimallaşdırılması bacarığı arzuolunandır;
- SQL, PL/SQL üzrə biliklər arzuolunandır;
- Jira, Balsamiq Wireframes, MS Visio kimi alətlərlə işləmə bacarığı arzuolunandır;
- Agile və SCRUM metodologiyaları ilə tanışlıq arzuolunandır;
- Rus və İngilis dilləri bilikləri arzuolunandır;
Görəcəyiniz işlər:
- Müştəri tələblərinin toplanması və detallı analizi;
- Biznes proseslərin təhlili, modelləşdirilməsi və sənədləşdirilməsi;
- SCRUM komandasına dəqiq və anlaşıqlı tələblərin ötürülməsi;
- Mövcud proqram təminatlarının ekspertizasının aparılması və inkişaf təkliflərinin hazırlanması;
- Texniki tapşırıqların və funksional spesifikasiyaların hazırlanması;
- Proqramçıların gördükləri işləri yoxlayıb təhvil almaq;
- Proqram təminatını sınaqdan keçirmək;
- Yeni funksionallığın test edilməsi və keyfiyyətə nəzarət;
- Məhsulun müştərilərə təqdimatı və tətbiq dəstəyi.
Biz sizə nə təklif edirik?
- Rəqabətə davamlı əmək haqqı (bilik və təcrübəyə uyğun olaraq);
- Həftənin 5 günü iş rejimi (09:00 - 18:00, istirahət günləri: şənbə, bazar);
- Peşəkar inkişaf və innovativ layihələrdə iştirak imkanı;
- Dostyana və dinamik iş mühiti.
Əgər bu imkan sizi maraqlandırırsa və kriteriyalara uyğunuzsa, mövzu yerində "Əmək haqqı hesablanması üzrə mühasib" yazaraq CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.