PROSYS MMC | Bakı
Full-time
Kimləri axtarırıq?
PROSYS MMC olaraq proqram təminatının tətbiqi və inteqrasiya layihələrini idarə edəcək, eyni zamanda texniki və analitik proseslərə dərindən bələd olan ERP layihələri üzrə menecer axtarırıq.
Əsas məsuliyyətlər:
- Proqram təminatı layihələrinin planlanması və idarə olunması
- Müştəri tələblərinin toplanması və biznes analizinin aparılması
- Texniki tapşırıqların (SRS, BRD və s.) hazırlanması
- Development komandasına tələblərin düzgün ötürülməsi və izahı
- Layihələrin plan üzrə icrasına nəzarət
- Proqram təminatını test etmək
- İstifadəçilər üçün istifadə təlimatını hazırlamaq
- İstifadəçilərin müraciətlərini cavablandırmaq və həll edilməsini təşkil etmək
- Layihə risklərinin idarə olunması və optimallaşdırma təklifləri
Namizədə tələblər:
- Minimum 3 il IT sahəsində təcrübə (Project Manager və ya Business Analyst kimi)
- Proqram təminatı layihələrinin idarə olunması üzrə real təcrübə
- Texniki tapşırıqların yazılması və sənədləşmə bacarığı
- SQL üzrə baza bilikləri arzuolunandır
- Agile / Scrum metodologiyaları üzrə praktiki təcrübə
- ERP/ HR / Sənəd dövriyyəsi sistemləri üzrə təcrübə arzuolunandır
- Maliyyə və mühasibat uçotu sistemi üzrə bilik və təcrübə
- Jira, Trello və ya oxşar alətlərlə iş təcrübəsi
- MS Office proqramları ilə yaxşı səviyyədə işləmə bacarığı
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Özünüidarəetmə, layihələrin müstəqil idarə olunması və təşəbbüskarlıq kimi keyfiyyətlərə malik olmaq
- Güclü ünsiyyət və təqdimat bacarığı
- Azərbaycan dili – sərbəst, Rus dili – arzuolunandır
Niyə PROSYS?
- ERP və korporativ sistemlər üzrə real və kompleks layihələr
- Texniki və idarəetmə bacarıqlarını paralel inkişaf etdirmək imkanı
- Karyera inkişafı (Senior PM / Delivery Manager istiqamətində)
- Dinamik və peşəkar komanda
- Rəqabətli əmək haqqı
İş şəraiti:
- 5 günlük iş qrafiki (09:00 – 18:00)
- Şənbə, bazar – istirahət
- Əmək haqqı: müsahibə əsasında
Müraciət:
CV-ni mövzu hissəsində “Layihə meneceri” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.