Prosys MMC peşəkar komandasına mühasibatlıq sahəsində təcrübəli Mühasib vəzifəsi üzrə namizədləri dəvət edir.
Vəzifə öhdəlikləri:
- İlkin mühasibat sənədlərinin (hesab-faktura, e-qaimə, aktlar, təhvil-təslim sənədləri, gömrük bəyannamələri və s.) hazırlanması, yoxlanılması və uçotunun aparılması;
- Əmək haqları, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri və digər işçi xərclərinin hesablanması və uçotu;
- Bank və kassa əməliyyatlarının icrası, internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi;
- Bank və ƏDV depozit hesablarının uçotunun aparılması və ödənişlərə nəzarət;
- Vergi, DSMF və Statistika üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə təqdim edilməsi;
- Əsas vəsaitlərin, azqiymətli əşyaların və qeyri-maddi aktivlərin uçotu, amortizasiyanın düzgün hesablanması;
- Debitor və kreditor borcların, gəlir və xərclərin, mal-material ehtiyatlarının uçotunun aparılması;
- Pul vəsaitlərinin, əsas vəsaitlərin və mal-material ehtiyatlarının inventarizasiyasının aparılması;
- Mühasibat balansı, Mənfəət və Zərər Hesabatı (P&L), Pul vəsaitlərinin hərəkəti (Cash Flow) və Kapitalın hərəkəti hesabatlarının hazırlanması və analizi;
- Dövlət orqanları (Vergi, DSMF, Statistika, gömrük və s.) ilə yazışmaların aparılması və yoxlamalar zamanı tələb olunan sənədlərin təqdim edilməsi;
- Gömrük bəyannamələrinin hazırlanması və uçotu;
- İdxal–ixrac əməliyyatları üzrə sənədləşmə, rüsum və vergilərin düzgün hesablanması.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat və ya Mühasibat uçotu üzrə);
- Mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
- PMS sertifikatı;
- Vergi, DSMF və Statistika hesabatlarının təqdim edilməsi üzrə praktiki təcrübə;
- Kompüter bilikləri: Microsoft Office (Excel – yüksək səviyyədə), 1C (Mühasibatlıq, Vergi hesabatları, BTP)
- Azərbaycan Respublikası Əmək Məcəlləsi, Vergi Məcəlləsi, Mülki və İnzibati qanunvericiliyin yüksək səviyyədə biliyi;
- Mühasibat balanslarının və maliyyə hesabatlarının tərtib qaydalarını bilmək;
- Analitik düşünmə, detallara diqqət və məsuliyyət;
- Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı;
- Öyrənməyə açıq olmaq;
- Dil bilikləri: Rus dili – üstünlükdür, İngilis dili – arzuolunandır.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü, 09:00 – 18:00
- İstirahət günləri: Şənbə və Bazar
- Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək
Maraqlanan namizədlər mövzu hissəsində “Mühasib” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.