PROSYS LLC PROSYS LLC
  • 296

PROSYS LLC

Digər

Proqram təminatının tətbiqi üzrə mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Proqram təminatının tətbiqi üzrə mühasib

  • Deadline 13 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasibat uçotunun rəqəmsallaşdırılmasında iştirak etmək istəyirsiniz? PROSYS MMC komandası HRMpro və FMSpro proqram təminatlarının inkişafı və tətbiqi prosesində iştirak edəcək Proqram təminatının tətbiqi üzrə mühasib axtarır. Əgər siz analitik düşüncəyə, mühasibat və vergi uçotu sahəsində biliklərə malik, həmçinin texnologiya ilə biznes proseslərini birləşdirməyi sevən mütəxəssissinizsə, bu fürsət sizin üçündür!

İş şəraiti:

  • İş yeri: Bakı, Azərbaycan
  • İş növü: Tam ştat (Full-time)

Namizədə olan tələblər:

  • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
  • Qanunvericiliyə uyğun mühasibat, vergi və idarəetmə uçotunu bilmək;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması üzrə təcrübə;
  • Əmək haqqının hesablanması üzrə təcrübə;
  • ERP proqram təminatının tətbiqi üzrə Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi;
  • Komandada işləmək və müstəqil qərar vermək bacarığı;
  • Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər (üstünlükdür);
  • Agile və SCRUM metodologiyaları haqqında biliklər (üstünlükdür);
  • SQL, PL/SQL üzrə biliklər (üstünlükdür);
  • Balsamiq Wireframes, Jira, MS Visio proqramlarını bilmək (üstünlükdür);
  • Rus və ya İngilis dillərini bilmək üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili;
  • Texniki tapşırıq, texniki təklif və digər analiz sənədlərinin hazırlanması (Funksional spesifikasiyanın yazılması və yaradılması); 
  • Biznes tələblərin proqramçılara ötürülməsi;
  • Mövcud olan informasiya sistemlərinin/proqram təminatının ekspertizasının aparılması;
  • İş proseslərinin sxemlər vasitəsi ilə təsviri;
  • Texniki tapşırıqların proqramçılar ilə müzakirə edilməsi;
  • Müştəri tələblərinin icrasına nəzarət;
  • Biznes tələblərinə görə hesabatların hazırlanması;
  • Yeni funksionallıqların test olunması;
  • Proqram təminatlarının ehtiyaca uyğun konfiqurasiyaedilməsi;
  • Sifarişçilərə məhsulların təqdimatının keçirilməsi.

Biz sizə nə təklif edirik?

  • Rəqabətə davamlı əmək haqqı (bilik və təcrübəyə uyğun olaraq);
  • Həftənin 5 günü iş rejimi (09:00 - 18:00, istirahət günləri: şənbə, bazar);
  • Peşəkar inkişaf və innovativ layihələrdə iştirak imkanı;
  • Dostyana və dinamik iş mühiti.

Müraciət qaydası:
Tələblərə cavab verən namizədlər mövzu hissəsində “Tətbiqçi mühasib” qeyd etməklə CV-ni
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily22
  • Weekly578
  • Monthly1575