Sizdən nələri gözləyirik?
- Proqram təminatının quraşdırılması üçün versiyalar şəklində quraşdırma paketləri hazırlamaq bacarığı,
- MS Windows, Linux, Unix əməliyyat sistemləri üzrə quraşdırma və inzibatçılıq təcrübəsi,
- Oracle və MSSQL Server verilənlər bazalarının quraşdırılması və inzibatçılığı üzrə biliklər,
- SQL dilində işləmək bacarığı,
- Analitik düşüncə və problem həll etmə bacarığı,
- Tapşırıqlara adaptasiya və sərbəst araşdırma qabiliyyəti,
- Komanda daxilində işləmə bacarığı və kollektiv şüur,
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi şəxsi keyfiyyətlər,
- Asan ünsiyyət qurma bacarığı və fikirləri strukturlaşdırılmış şəkildə təqdim etmə bacarığı,
- Ali təhsil,
- Ən azı 3 illik müvafiq iş təcrübəsi,
- C# bilikləri olan namizədlərə üstünlük verilir,
- Texniki ingilis dili biliyi (yaxşı bilənlərə üstünlük verilir),
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.
Görəcəyiniz işlər:
- Proqram təminatlarının yeni versiyalarının hazırlanması və quraşdırılması,
- Windows ƏS-də IIS və Linux ƏS-də Nginx serverlərinin quraşdırılması və inzibatçılığı,
- Oracle və MSSQL Server verilənlər bazalarının quraşdırılması və optimallaşdırılması,
- Verilənlər bazasında ehtiyat nüsxələrin avtomatik hazırlanmasının təmin edilməsi və gündəlik nəzarəti,
- Verilənlər bazasının yeni versiyalarının yüklənməsi və sazlanması.
Biz sizə nə təklif edirik?
- Rəqabətli əmək haqqı (bilik və təcrübəyə uyğun olaraq),
- Həftənin 5 günü iş rejimi (09:00 - 18:00, istirahət günləri: şənbə, bazar),
- Peşəkar inkişaf və innovativ layihələrdə iştirak imkanı,
- Dostyana və dəstəkləyici iş mühiti.
Müraciət etmək üçün:
- Əgər bu imkan sizi maraqlandırırsa və kriteriyalara uyğunsunuzsa, mövzu hissəsində “Quraşdırma mütəxəssisi” yazaraq CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Proqram təminatlarının təhlükəsiz və səmərəli şəkildə idarə olunmasına töhfə vermək istəyirsiniz? O zaman komandamıza qoşulun!