Əgər SQL sizin üçün sadəcə sorğu dili deyil, verilənlər bazasının performansını və arxitekturasını anlamaq üçün bir alətdirsə, bu vakansiya sizin üçün ola bilər.
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam ştat (Full-time)
Tələblər
- Oracle, PostgreSQL, MSSQL Server inzibatçılığını bilmək
- SQL dilini bilmək
- Analitik düşünmək və problem həll etmək bacarığı
- Verilən tapşırığa adaptasiya olmaq və sərbəst araşdırma aparmaq
- Komanda şəklində fəaliyyət göstərmək
- Diqqətli, məsuliyyətli və düzgün olmaq
- Sıralama, konkurent və paralel alqoritmlərlə tanışlıq
- Ümumi alqoritm qurma bacarığı
- Asan ünsiyyət qurmaq və ideyanı strukturlaşdırılmış şəkildə təqdim etmək
- Verilənlər bazası üzrə sertifikatların olması arzuolunandır
- Ali təhsil
- Ən azı 3 il iş təcrübəsi
- Texniki ingilis dili
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti
Sizi hansı işlər gözləyir?
- Oracle, PostgreSQL və MSSQL Server verilənlər bazalarının quraşdırılması
- Verilənlər bazalarının hazırlanması
- Proqram təminatı, hesabatlar və çap formaları üçün SQL kodlarının yazılması
- Hazır SQL-lərin tuning edilməsi
- Verilənlərin miqrasiyasının həyata keçirilməsi
- Verilənlər bazalarının monitorinqi və performans tuning edilməsi
İş şəraiti
- Həftənin 5 günü
- Saat - 09:00 – 18:00
- Şənbə və bazar — istirahət günləri
- Əmək haqqı bilik, bacarıq və praktiki təcrübəyə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.
Tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi mövzu hissəsində “SQL Proqramçı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin.
Bəlkə də növbəti güclü SQL həlliniz PROSYS-də olacaq!