SQL Proqramçı

  • Истекает 19 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əgər SQL sizin üçün sadəcə sorğu dili deyil, verilənlər bazasının performansını və arxitekturasını anlamaq üçün bir alətdirsə, bu vakansiya sizin üçün ola bilər. 

İş yeri: Bakı, Azərbaycan

İş rejimi: Tam ştat (Full-time)

Tələblər

  • Oracle, PostgreSQL, MSSQL Server inzibatçılığını bilmək
  • SQL dilini bilmək
  • Analitik düşünmək və problem həll etmək bacarığı
  • Verilən tapşırığa adaptasiya olmaq və sərbəst araşdırma aparmaq
  • Komanda şəklində fəaliyyət göstərmək
  • Diqqətli, məsuliyyətli və düzgün olmaq
  • Sıralama, konkurent və paralel alqoritmlərlə tanışlıq
  • Ümumi alqoritm qurma bacarığı
  • Asan ünsiyyət qurmaq və ideyanı strukturlaşdırılmış şəkildə təqdim etmək
  • Verilənlər bazası üzrə sertifikatların olması arzuolunandır
  • Ali təhsil
  • Ən azı 3 il iş təcrübəsi
  • Texniki ingilis dili
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti

Sizi hansı işlər gözləyir?

  • Oracle, PostgreSQL və MSSQL Server verilənlər bazalarının quraşdırılması
  • Verilənlər bazalarının hazırlanması
  • Proqram təminatı, hesabatlar və çap formaları üçün SQL kodlarının yazılması
  • Hazır SQL-lərin tuning edilməsi
  • Verilənlərin miqrasiyasının həyata keçirilməsi
  • Verilənlər bazalarının monitorinqi və performans tuning edilməsi

İş şəraiti

  • Həftənin 5 günü
  • Saat - 09:00 – 18:00
  • Şənbə və bazar — istirahət günləri
  • Əmək haqqı bilik, bacarıq və praktiki təcrübəyə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi mövzu hissəsində “SQL Proqramçı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin.

Bəlkə də növbəti güclü SQL həlliniz PROSYS-də olacaq!

  • Daily8
  • Weekly473
  • Monthly1651