PROVEN TTL komandası üçün Tender Mütəxəssisi axtarılır!
Komandamıza şirkəti peşəkar şəkildə təmsil edə biləcək, layihələrin idarə olunmasına dəstək verən və satış yönümlü düşüncə tərzinə sahib Tender Mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri:
- Tender sənədlərinin hazırlanması və təqdim edilməsi;
- Dövlət və özəl tender platformalarında aktiv iştirak;
- Təkliflərin təhlil edilməsi və rəhbərliyə təqdim olunması;
- Bazar qiymətlərinin araşdırılması və uyğun təchizatçıların müəyyən edilməsi;
- Tender üzrə tələb olunan sənədlərin, protokolların və hesabatların hazırlanması;
- Satınalma prosesində risklərin öncədən dəyərləndirilməsi;
- Müştəri və tərəfdaşlarla effektiv kommunikasiya qurulması;
- Şirkətin peşəkar şəkildə təmsil olunması;
- Layihələrin koordinasiyası və proseslərin idarə olunmasına dəstək;
- Satış yönümlü yanaşma və yeni əməkdaşlıqların qurulmasına töhfə vermək.
Tələblər:
- Tender, satınalma və ya korporativ satış sahəsində minimum 5 il iş təcrübəsi;
- Danışıqlar aparmaq və təqdimat bacarığı;
- Layihələri idarə etmə və məsuliyyət götürmə bacarığı;
- Analitik düşüncə və operativ qərarvermə qabiliyyəti;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
- Rus və ingilis dili biliyi üstünlükdür;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Punktual, məsuliyyətli və detallara diqqətli olmaq.
İş şərtləri:
- İş saatı: 09:00 – 18:00
- İş günləri: Bazar ertəsi – Cümə
- Əmək haqqı + bonus sistemi
- Dinamik və inkişaf yönümlü iş mühiti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.