Vəzifə Öhdəlikləri
Sosial Media İdarəçiliyinə Dəstək
- Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok, LinkedIn) idarəsinə kömək
- Gündəlik və həftəlik paylaşımların hazırlanması və planlanması
- Post, story və reels üçün kontent ideyalarının hazırlanması
- Dizayner üçün dəqiq və strukturlaşdırılmış briflərin verilməsi
Kontent və Kreativ İşlər
- Aylıq kontent planının hazırlanmasında iştirak
- Lokal və qlobal sosial media trendlərinin araşdırılması və tətbiqi
- Brend layihələri üçün kreativ konseptlərin hazırlanmasına dəstək
- Şirkət saytında SEO yönümlü məqalə və kontentlərin yazılması
Analitika və Araşdırma
- Sosial media statistikalarının toplanması
- Sadə performans hesabatlarının hazırlanması
- Rəqib kontentlərinin araşdırılması
Namizədə Tələblər
- Azərbaycan dilində sərbəst yazı və ifadə qabiliyyəti
- Kreativ düşüncə və kontent ideyası yarada bilmək
- Sosial media və trendlərə maraq
- SEO yönümlü yazı yazmağa həvəs
- Google alətlərindən sərbəst istifadə (Docs, Sheets və s.)
- Fərqli onlayn alətlərdən sərbəst istifadə bacarığı
- Komputerdən sərbəst və peşəkar istifadə bacarığı
- Rus və ingilis dillərində əsas terminləri anlama bacarığı (üstünlükdür)
- Məsuliyyətli və öyrənməyə açıq olmaq
Biz Nələri Təklif Edirik?
- SMM sahəsində sıfırdan praktiki təcrübə
- Sayt üçün SEO yönümlü yazılar yazaraq portfel yaratmaq imkanı
- Peşəkar komandadan öyrənmək və inkişaf etmək
- Brend layihələrdə iştirak
- Təcrübə müddəti bitdikdən sonra iş imkanı
- Rahat və kreativ iş mühiti
İş şəraiti
- İş yeri: Arena Plaza
- İş rejimi: Həftə içi 5 gün
- Şənbə günü hibrid
- İş saatı: 09:45–18:00
- Rəsmi istirahət və bayram günləri qanunvericiliyə uyğun
- Təcrübə dövrü üçün təqaüd: 300 AZN (yol və yemək xərcləri üçün nəzərdə tutulub)
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsinə “SMM Təcrübəçisi” yazın.