P Psixologiya Elmi - Tədqiqat İnstitutu
  • 162

Psixologiya Elmi - Tədqiqat İnstitutu

Təhsil

Təcrübəçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təcrübəçi

  • Deadline 26 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Psixologiya Elmi-Tədqiqat İnstitutu marketinq, PR, dizayn, kommunikasiya və tədbir təşkilatçılığı sahəsində real iş təcrübəsi qazanmaq istəyən gəncləri Marketinq Təcrübəçisi kimi komandamıza dəvət edir. 

Bu rol institutun təlim, seminar və konfranslarının tanıdılması, sosial media və kommunikasiya işləri, dizaynın hazırlanması, universitetlərlə əməkdaşlıq və tədbir təşkilatçılığı kimi geniş fəaliyyət sahələrində birbaşa iştirak imkanı yaradır. 

Təcrübəçinin Öhdəlikləri 

Marketinq və Sosial Media Dəstəyi

  • Sosial media üçün kontent ideyalarının hazırlanması 
  • Reklam paylaşımlarının planlaşdırılmasında kömək
  • Mesaj və şərhlərə operativ geri dönüş 
  • Reklam kampaniyalarının nəticələrinin izlənməsində iştirak 
  • Təlim və seminarlar üçün təqdimat mətnləri və vizual təkliflər hazırlamaq

PR və Kommunikasiya

  • Universitetlər, tələbə təşkilatları və digər tərəfdaşlarla əlaqələrin qurulmasına dəstək 
  • Elan, xəbər və press-relizlərin hazırlanmasında iştirak 
  • Tədbirlərdə PR dəstəyi, spiker və qonaqlarla kommunikasiya 

Dizayn və Vizual Materiallar 

  • Poster, banner, afişa, sertifikat, sosial media vizualları üçün dizayn eskizlərinin hazırlanması 
  • Foto/video çəkilişlərdə iştirak (istəyə uyğun) 
  • Brend üslubuna uyğun vizual materialların hazırlanmasına dəstək 

Tədbir Təşkilatçılığı 

  • Təlim, seminar və konfransların təşkilinə birbaşa dəstək 
  • Qeydiyyat, zal idarəçiliyi, yönləndirmə və qonaq qarşılanması 
  • Tədbir günü komanda ilə operativ koordinasiya 

Tələblər 

  • Kreativ yanaşma və yeni ideyalar təklif etmək bacarığı 
  • Marketinq, PR, dizayn, psixologiya və ya sosial elmlər üzrə maraq 
  • Həftədə 2–3 tam gün instituta gəlmək imkanı 
  • Komanda işi, məsuliyyət və operativlik 
  • Canva və digər dizayn proqramlarını bilmək üstünlükdür 

Təcrübəçinin Qazanacaqları 

Təhsil və İnkişaf 

  • İxtisasına uyğun seçilən kurslarda tam ödənişsiz iştirak 
  • Bəzi ixtisaslaşmış kurslarda 50% endirim 
  • Bütün təlim, seminar və konfranslarda iştirak və sertifikat 
  • Real layihələr üzərində işləmə və portfolionu inkişaf etdirmə imkanı 
  • PR, marketinq, dizayn və tədbir idarəçiliyi üzrə praktiki bacarıqlar

Karyera Faydaları 

  • Marketinq sektorunun real iş proseslərində birbaşa iştirak 
  • Universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulmasını praktiki şəkildə öyrənmək 
  • Tədbir menecmenti üzrə zəngin təcrübə 
  • Rəsmi Təcrübə Sənədi 
  • Fərdi Tövsiyə Məktubu
  • İnstitutda gələcək vakansiyalarda prioritet namizəd olmaq imkanı 

İş Qrafiki 

  • Həftədə 2–3 tam gün 
  • İş on-site (real marketinq mühiti və komanda ilə birbaşa işləmə) 

Maraqlanan namizədlər öz CV-lərini və qısa motivasiya səbəblərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily73
  • Weekly292
  • Monthly1929