Vəzifə öhdəlikləri:
- İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıqla bağlı məsləhət xidmətləri və metodiki dəstək göstərmək;
- İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəricilərini müəyyən etmək;
- İş yerlərinin zədə təhlükəsizliyini qiymətləndirmək;
- Işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmələrini qiymətləndirmək;
- İş yerlərində iş şəraitinin faktiki vəziyyətini qiymətləndirmək;
- Təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsi, əmək prosseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunması məqsədi ilə laboratoriya xidmətləri göstərmək;
- Fərdi və kollektiv mühafizə vasitələrinin sınaqlarının keçirilməsi və sertifikatlaşdırma sahəsində xidmətlər göstərmək;
- Sertifikatlaşdırma və sınaq prosesləri üçün strategiyanın hazırlanmasında iştirak etmək;
- Attestasiyanın nəticələri üzrə hesabat və tövsiyələr hazırlamaq;
- Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
Namizədə dair tələblər:
- Təhsil: Sənaye mühəndisliyi, Kimya və biologiya mühəndisliyi, Ekologiya mühəndisliyi, Tibbi biokimya, Molekulyar biologiya və genetika, Fizika və s. sahələrdə müvafiq bakalavr və ya magistr təhsili
- İş stajı: 2 il müvafiq sahə üzrə iş stajı
- Kompüter bilikləri: MS Windows, MS Office, Internet (yüksək səviyyədə);
- Xarici dil bilikləri: İngilis dili – B1, Rus dili – B1
- Fərdi keyfiyyət: təcrübəni bölüşmə, kollektivdə işləmək, ünsiyyət, yaradıcılıq və təşəbbüskarlıq bacarığı
- Müvafiq sahə üzrə sertifikatlara (ISO 17025, ISO 45001, NEBOSH, IOSH) malik namizədlərə üstünlük verilir.
Müraciət etmək istəyən namizədlər CV formalarını mövzu hissəsində “İş yerlərinin attestasiyası, sertifikatlaşdırma və standartlaşdırma departamentində Baş mütəxəssis” yazaraq mail ünvanına göndərə bilər.