Sürücü

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sürücü

  • Истекает 22 октябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • İş yeri: Bakı
  • İş rejimi: 5 günlük (09:00–18:00)
  • Əmək haqqı: 500-700 azn, tələb olunan bilik və bacarıqlarına görə dəyişəcək.

Vəzifə öhdəlikləri

  • Şirkət tərəfindən təhkim olunmuş avtomobil ilə sifarişlərin və sənədlərin təyinat yerinə təhlükəsiz və vaxtında çatdırılmasını təmin etmək;
  • Yüklərin və sənədlərin bütövlüyünü və məxfiliyini qorumaq, təhvil-təslim proseslərini düzgün, daxili qaydalara və təlimatlara uyğun həyata keçirmək;
  • Gündəlik marşrutu planlamaq, GPS/naviqasiya tətbiqlərindən istifadə edərək optimal yolu seçmək;
  • Yol hərəkəti və təhlükəsizlik qaydalarına tam riayət etmək, təhlükəsiz sürücülük prinsiplərinə əməl etmək;
  • Avtomobili təmiz və səliqəli saxlamaq və həmçinin avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək (yağ, soyuducu, təkər təzyiqi, işıqlar və s.);
  • Planlı texniki baxış və servis işlərinin vaxtında keçirilməsi üçün mütəmadiyyən avtomobili yoxlatdırmaq və zəruri işləri gördürmək;
  • Yanacaq çekləri, yol vərəqələri və marşrut hesabatlarını düzgün və dəqiq aparmaq;
  • Fövqəladə və insident hallarında operativ reaksiya vermək və rəhbərliyə dərhal məlumat vermək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqla

  • Yaş həddi: 30 - 45
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər şəhərdaxili (Bakı) sürücülük təcrübəsi;
  • Sürücülük vəsiqəsi: ən azı B kateqoriya; C kateqoriya olanlara üstünlük verilir;
  • Bakı şəhərinin küçə və rayonlarını yaxşı tanımaq, marşrut seçimini çevik etmək bacarığı;
  • Yol hərəkəti qaydalarını yüksək səviyyədə bilmək və intizamla əməl etmək;
  • Təmkinli, məsuliyyətli, diqqətli və etibarlı olmaq;
  • Təmiz sürücülük tarixçəsi (ciddi pozuntular və cəza balları olmamalıdır);
  • Avtomobilin ilkin nasazlıqlarını ayırd etmək və zəruri hallarda təhlükəsiz müdaxilə etmək bacarığı;
  • Smartfon və naviqasiya tətbiqlərindən, həmçinin əsas ofis tətbiqlərindən (məs., WhatsApp, e-mail) istifadə bacarığı;
  • Azərbaycan dili sərbəst; Rus və/ya İngilis dili bilikləri üstünlükdür.

Müraciət qaydası:

Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Satış və marketinq üzrə namizəd” yazaraq göndərmələri xahiş olunur. 

Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.

  • Daily0
  • Weekly0
  • Monthly2479