Product Designer (UX/UI)

  • Deadline 2 Noyabr 2026

UI/UX Designer

Push30 mikroservis arxitekturası əsasında qurulmuş, PHP texnologiyası üzərində işləyən API əsaslı platformadır. Məhsula Flutter əsaslı mobil tətbiq və backend idarəetməsi üçün admin panel daxildir. Platformada payment, subscription, login/signup və digər kritik funksionallıqlar mövcuddur. Push30 Azərbaycan, Özbəkistan və Qazaxıstan bazarlarında fəaliyyət göstərir.

Əsas vəzifə öhdəlikləri

  • Push30 mobil tətbiqi üçün yeni funksionallıqların UX/UI dizaynının hazırlanması;
  • Mövcud istifadəçi ssenarilərinin və interfeyslərin təkmilləşdirilməsi;
  • Aydın, intuitiv və istifadəçi yönümlü user flow-ların hazırlanması;
  • Figma-da wireframe, mockup və interaktiv prototiplərin hazırlanması;
  • Product və Development komandaları ilə sıx əməkdaşlıq;
  • Məhsulun istifadə rahatlığının, vizual ardıcıllığının və ümumi user experience-in davamlı inkişaf etdirilməsi;
  • Dizaynların development mərhələsində düzgün tətbiqinin izlənilməsi.

Əsas tələblər

  • UI/UX Designer kimi minimum 1.5 il iş təcrübəsi;
  • Figma ilə sərbəst işləmək bacarığı;
  • Mobil tətbiqlərin UX/UI dizaynı üzrə praktiki təcrübə;
  • UX/UI prinsipləri və istifadəçi davranışları barədə anlayış;
  • Aydın user flow və istifadəçi ssenariləri hazırlamaq bacarığı;
  • Detallara diqqət, məsuliyyətlilik və öyrənməyə açıqlıq;
  • Real layihələrdən nümunələri və Figma keçidləri olan portfolio;
  • İngilis dili – mütləq, rus dili – üstünlükdür.

Üstünlük hesab ediləcək

  • Design System-lərlə işləmə təcrübəsi;
  • Prototipləşdirmə üzrə praktiki təcrübə;
  • Product Analytics alətləri və istifadəçi davranışı məlumatları ilə işləmə bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily6
  • Weekly601
  • Monthly242