Xadimə (idman zalı)

  • Deadline 7 Sentyabr 2026

Əsas vəzifə və öhdəliklər

  • Məşq zalının (trenajor sahələri, çəki otağı, qrup məşqləri zalı) gündəlik və növbə ərzində davamlı təmizlənməsi;
  • Soyunma otaqları, şkaflar, güzgülərin təmizlənməsi;
  • Duş kabinələri və sanitar qovşaqların mütəmadi dezinfeksiyası;
  • İdman avadanlıqlarının (trenajorlar, çəkilər, döşəmə örtükləri) səthlərinin təmizlənməsi və dezinfeksiya edilməsi;
  • Resepşn, gözləmə zonası və ümumi sahələrin səliqəli saxlanması;
  • Zibil qutularının vaxtında boşaldılması;
  • Sanitar-gigiyenik ləvazimatların (sabun, dezinfeksiyaedici, dəsmal, tualet kağızı və s.) ehtiyatına nəzarət və vaxtında bildirmə;
  • Təmizlik vasitələrinin təyinatına uyğun və qənaətli istifadəsi;
  • Növbə təhvil-təslimi zamanı vəziyyət barədə məlumat vermək;
  • Təhlükəsizlik, əmək mühafizəsi və gigiyena qaydalarına ciddi riayət.

Tələblər

  • İş təcrübəsi: Bu sahədə təcrübə üstünlükdür, lakin mütləq deyil
  • Fiziki hazırlıq: Növbəli və hərəkətli iş rejiminə uyğunluq (idman zalı mühitində fəal iş)
  • Şəxsi keyfiyyətlər: Səliqəlilik, məsuliyyətlilik, dəqiqlik, dözümlülük, dürüstlük

İş şəraiti

  • İş yeri: Atom İdman Zalı (Statistika filialı)
  • İş rejimi: Növbəli (idman zalının iş saatlarına uyğun gündüz/axşam növbələri, uyğun olaraq dəqiqləşdirilə bilər)

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily0
  • Weekly560
  • Monthly577