Vəzifə öhdəlikləri:
- Tikinti və quraşdırma layihələrində istifadə olunan mexaniki avadanlıqların (generator, nasos, kompressor, qaynaq aparatları və s.) texniki baxışını və sazlanmasını həyata keçirmək;
- Quraşdırma proseslərində iştirak edən texniki mexanizmlərin və alətlərin düzgün və təhlükəsiz işləməsinə nəzarət etmək;
- Avadanlıqların nasazlığını diaqnoz etmək, təmir və ya ehtiyat hissələrinin dəyişdirilməsini təmin etmək;
- Tikinti sahəsində gündəlik texniki baxışları aparmaq və nasazlıqlar barədə vaxtında məlumat vermək;
- Quraşdırılmış sistemlərin ilkin sınaqlarında iştirak etmək və texniki uyğunluqları yoxlamaq;
- Tender layihələrinə əsasən təqdim olunan texniki şərtlərə uyğun olaraq mexaniki həllərin verilməsi və tətbiqi;
- Texniki sənədlərin (texniki baxış formaları, təmir jurnalları, aktlar və s.) düzgün və dəqiq aparılması;
- Əmək təhlükəsizliyi və texniki normalara tam uyğunluqla işlərin icrasını təmin etmək;
- Sahə mühəndisləri və digər texniki heyətlə əməkdaşlıq edərək mexaniki işlərin koordinasiyasını təmin etmək.
Namizəddən tələblər:
- Mexanika və ya müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (xüsusilə su, neft və qaz layihələrində üstünlükdür)
- Texniki çertyoj və sxemlərlə işləmə bacarığı
- Avadanlıqların iş prinsipi və texniki göstəriciləri haqqında bilik
- AutoCAD, SolidWorks MS office və digər layihələndirmə proqramlarında işləmə bacarığı
- Nasazlıqların diaqnostikası və aradan qaldırılması üzrə təcrübə
- SNİP, GOST və digər beynəlxalq standartlara uyğun texniki normativ sənədlərlə işləmə bacarığı
- Komandada işləmə, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti
İş şəraiti:
- İş yeri: Bakı şəh., Nərimanov ray., Məsud Əlizadə 138.
- İş qrafiki: I -V günlər
- İş saatı: 09:00-dan 18:00-a
- Koorporativ nömrə ilə təmin olunur.
Əmək haqqı: Namizədin təcrübəsindəm asılı olaraq.
Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Mexanik mühəndisi” adını qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-ni göndərməkləri xahiş olunur.