P Puva Construction
  • 518

Puva Construction

Строительство

Smeta mühəndisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Smeta mühəndisi

  • Истекает 13 июль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Tender və tikinti layihələri üzrə smeta sənədlərinin (lokal smetalar, obyekt üzrə ümumi smeta, texniki-iqtisadi göstəricilər) hazırlanması
  • Layihə sənədlərinə əsasən tikinti, quraşdırma və material dəyərlərinin hesablanması
  • Dövlət standartlarına və normativ göstəricilərə əsasən qiymət cədvəllərinin tərtibi
  • Podrat və subpodrat müqavilələrinə uyğun smetaların uyğunlaşdırılması və büdcə planlarının hazırlanması
  • İcra zamanı faktiki yerinə yetirilən işlərin həcm və qiymət analizi, müqayisəli hesabatların hazırlanması
  • Layihə dəyişiklikləri zamanı yenilənmiş smeta sənədlərinin hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Tikinti obyektində istifadə olunan materialların miqdarına və normativ xərclərinə nəzarət edilməsi
  • Əmək haqqı, texnika, material və digər xərclərin smeta üzrə doğru bölüşdürülməsini təmin etmək
  • Audit və yoxlama zamanı təqdim edilmək üçün smeta sənədlərinin arxivləşdirilməsi və sistemləşdirilməsi
  • Layihə rəhbərləri, mühəndislər və maliyyə şöbəsi ilə koordinasiyalı şəkildə işləmək

Namizəddən tələblər:

  • İnşaat mühəndisliyi, iqtisadiyyat və ya maliyyə üzrə ali təhsil
  • Smeta sənədlərinin hazırlanması üzrə ən azı 5 il iş təcrübəsi
  • Smeta proqramlarında işləmə bacarığı 
  • Tikinti sahəsində normativ sənədlər, qiymət cədvəlləri və SNİP-lərlə işləmə təcrübəsi
  • Tender sənədləri və müqavilə şərtləri ilə işləmə bacarığı
  • Maliyyə hesabatlarının aparılması və təhlil edilməsi üzrə bilik
  • Analitik düşünmə, diqqətlilik və vaxtında tapşırıqları yerinə yetirmə bacarığı
  • Komandada işləmə və məsuliyyətlilik

İş şəraiti:

  • İş yeri: Bakı şəh., Nərimanov ray., Məsud Əlizadə 138.
  • İş qrafiki: I -V günlər
  • İş saatı: 09:00-dan 18:00-a 
  • Koorporativ nömrə ilə təmin olunur.

Əmək haqqı: Namizədin təcrübəsindən asılı olaraq.

Tələblərə cavab verən  namizədlərdən mövzu başlığına “Smeta mühəndisi” adını qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-ni göndərməkləri xahiş olunur. 

  • Daily1
  • Weekly460
  • Monthly2206