Vəzifə öhdəlikləri:
- Müəssisənin strateji məqsədlərinə uyğun olaraq yeni məhsulların, materialların və texnologiyaların araşdırılmasını həyata keçirmək
- Tekstil sahəsində mövcud və yeni texnologiyaları, istehsal üsullarını və beynəlxalq təcrübəni mütəmadi şəkildə araşdırmaq və təhlil etmək
- Məhsul keyfiyyətinin, davamlılığının və funksionallığının artırılması istiqamətində tədqiqatlar aparmaq
- Mövcud məhsulların təkmilləşdirilməsi və maya dəyərinin azaldılması məqsədilə təkliflər hazırlamaq
- R&D layihələrini prioritetləşdirmək, yol xəritəsini (roadmap) hazırlamaq və icrasını izləmək
- Gələn texniki təkliflərin və ideyaların ilkin texniki-iqtisadi qiymətləndirilməsini aparmaq
- Yeni material və texnologiyalar üzrə vendor məlumatlarının, test nəticələrinin və risklərin müqayisəli təhlilini aparmaq
- R&D fəaliyyətlərinin şirkətin istehsal və biznes prioritetləri ilə uyğunluğunu təmin etmək
- R&D layihələri üzrə rəhbərliyə qərar dəstəyi məqsədli texniki arayışları hazırlamaq
- Nümunə məhsulların hazırlanması prosesində iştirak etmək və texniki göstəricilərə uyğunluğunu yoxlamaq
- Mövcud istehsal proseslərində səmərəliliyi artırmaq üçün yeni metodlar təklif etmək
- Struktur bölmənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq və aidiyyəti üzrə təqdim etmək
- İstehsalat, keyfiyyətə nəzarət, dizayn və planlama bölmələri ilə əməkdaşlıq edərək R&D layihələrinin icrasını koordinasiya etmək
- Pilot istehsal proseslərini izləmək, nəticələri təhlil etmək və zəruri düzəlişlərin verilməsini təmin etmək
Tələblər:
- Ali təhsil ;
- Müvafiq sahədə 3 il iş təcrübəsi (Tekstil sahəsində olması üstünlükdür)
- İT resursları və ofis proqramları (Word, Excel, Power Point) üzrə biliklər
- Xarici dil bilikləri (İngilis dili)
- Analitik düşünmə və tədqiqat aparmaq bacarığı
- Məlumatların təhlili və nəticələr əsasında əsaslandırılmış təkliflər vermək bacarığı
- Texniki sənədlərin, hesabatların və prosedurların hazırlanması bacarığı
- Layihə idarəetmə bacarıqları
- Komanda ilə işləmək
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş qrafiki: 5 günlük
- İş saatları: 08:30-17:30
- Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında bildirələcək.
Mövzu yerinə “Araşdırma və inkişaf üzrə baş mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərməyiniz xahiş olunur.