Vəzifə öhdəlikləri:
- Cəmiyyətin elektrik təchizatı sistemlərini – əsas və ehtiyat xətləri, elektrik avadanlıqları, şitlər, panellər və naqil sistemlərini yoxlamaq və daim işlək vəziyyətdə saxlamaq
- Elektrik avadanlıqlarına müntəzəm texniki xidmət göstərmək və planlı təmir işlərini həyata keçirmək
- Avtomatlaşdırılmış istehsal xətlərində istifadə olunan elektrik komponentlərinin düzgün işləməsini təmin etmək
- Yeni elektrik xətləri çəkmək, mövcud sistemləri yeniləmək və enerji səmərəliliyini artırmaq üçün layihələrdə iştirak etmək
- İstehsalat prosesində enerji fasilələrinin qarşısını almaq və fasiləsiz fəaliyyət üçün zəruri tədbirlər görmək
- Gərginlik, cərəyan və enerji sərfiyyatı ilə bağlı ölçmələr aparmaq və qeydlər aparmaq
- Sınaq, təmir və texniki xidmət üçün tələb olunan avadanlıq və materialların spesifikasiyasını hazırlamaq
- Şöbənin fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanmasında iştirak etmək
Tələblər:
- Ali təhsil (Energetika, enerji idarə edilməsi və yaxın texniki sahələr üzrə)
- Müvafiq sahədə 3 il iş təcrübəsi
- Elektrik avadanlığın istismarını ,texniki qulluq qaydalarını, iş rejimlərini ,texniki xüsusiyyətlərini
- və konstruksiyasını bilmək
- Məsuliyyət və Diqqətlilik
- Çeviklik və uyğunlaşma
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş qrafiki: 5 günlük
- İş saatları: 08:30-17:30
- Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında bildirələcək
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerinə “Elektrik mühəndisi” qeyd edərək göndərə bilərlər.