Vəzifə öhdəlikləri:
- Struktur bölmələrlə əməkdaşlıq edərək insan resursları ehtiyaclarını müəyyən etmək və işçi qüvvəsinin planlaşdırılması prosesində iştirak etmək
- Vakansiyaların komplektləşdirilməsi prosesinə nəzarət etmək, yeni işçilərin adaptasiya prosesini koordinasiya etmək
- İllik təlim ehtiyaclarının analizi aparmaq və illik təlim planı hazırlamaq;
- Təlimlərin təşkil olunmasını təşkil etmək
- Təlimlərin effektivliyini ölçmək və hesabatlar hazırlamaq
- İstehsalat və inzibati heyət üçün performans qiymətləndirmə sistemini tətbiq etmək
- KPI və səriştə əsaslı qiymətləndirmə modelinin tətbiqinə dəstək vermək
- Aylıq və illik performansın qiymətləndirilməsi prosesini idarə etmək
- Performans dəyərləndirmələrinə uyğun inkişaf planları hazırlamaq
- İşçi məmnuniyyəti və motivasiya təşəbbüsləri hazırlamaq
- İstehsalatda intizam və davranış standartlarının tətbiqinə dəstək vermək
- İşçi inkişafı və karyera planlaşdırılması proseslərində iştirak etmək
Tələblər:
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi (İstehsalat sahəsində təcrübəyə üstünlük veriləcək)
- Analitik düşünmə
- Təlim və performans idarəetməsi üzrə praktik təcrübə
- Performans idarəetməsi və KPI sistemləri üzrə biliklər
- Təlim ehtiyaclarının analizi və proqram dizaynı üzrə bacarıq
- Ofis proqramları (xüsusən Excel) və ERP üzrə biliklər
- Komanda ilə işləmək
İş şəraiti:
- İş yeri: Bakı və Sumqayıt şəhərləri
- İş qrafiki: 5 günlük
- İş saatları: 08:30-17:30
- Əməkhaqqı namizədin gözləntiləri də nəzərə alınmaqla bilik və bacarıqlarına uyğun olaraq.
- Korporativ nömrə və digər əlavə təminatlar.
Mövzu yerinə “İR üzrə biznes tərəfdaş” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.