Kiçik mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kiçik mühasib

  • Deadline 9 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri

  • İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemə daxil edilməsi
  • Kassa və bank əməliyyatlarının uçotunun aparılmasına dəstək göstərilməsi
  • Alış, satış və digər təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi
  • Debitor və kreditor borcların uçotunun aparılması və üzləşmələrin həyata keçirilməsində iştirak
  • Hesab-faktura, elektron qaimə və digər mühasibat sənədlərinin hazırlanması və yoxlanılması
  • Mühasibat məlumatlarının ERP sistemində düzgün və vaxtında işlənməsi
  • Mühasibat sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi
  • Vergi və digər məcburi ödənişlərlə bağlı məlumatların hazırlanmasına dəstək göstərilməsi
  • Elektron qaimələrin hazırlanması və yoxlanılması
  • Vergi orqanlarına təqdim olunan məlumat və sənədlərin hazırlanmasında iştirak
  • Mühasibat və vergi uçotu üzrə məlumatların düzgünlüyünün yoxlanılmasına dəstək
  • Ödəniş tapşırıqlarının və digər maliyyə sənədlərinin hazırlanmasında iştirak
  • Əməkhaqqı üzrə ilkin məlumatların hazırlanmasına dəstək göstərilməsi
  • Avans, ezamiyyə və digər ödənişlərlə bağlı sənədlərin işlənməsi
  • İşçilərlə hesablaşmalar üzrə məlumatların sistemləşdirilməsi
  • Müvafiq ödəniş və tutulmalarla bağlı məlumatların hazırlanmasında iştirak
  • Gündəlik və aylıq mühasibat məlumatlarının hazırlanmasına dəstək
  • Debitor və kreditor borclar üzrə məlumatların hazırlanması
  • Baş mühasibin tələb etdiyi hesabatların hazırlanmasında iştirak
  • Mühasibat məlumatlarında uyğunsuzluqların müəyyən edilməsi və aidiyyəti şəxslərlə koordinasiya

Namizədə tələblər

  • Ali təhsil — Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə
  • Mühasibatlıq sahəsində ən azı 1 il iş təcrübəsi
  • İlkin mühasibat uçotu və sənədləşmə üzrə biliklər
  • Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qaydaları üzrə əsas biliklər
  • MS Excel və digər MS Office proqramlarında işləmək bacarığı
  • 1C və ya digər ERP sistemləri ilə işləmə təcrübəsi üstünlükdür
  • Elektron qaimə və vergi sistemləri ilə işləmə bacarığı üstünlükdür
  • Rəqəmlərlə işləmək və analitik düşünmə bacarığı
  • Diqqətlilik və yüksək dəqiqlik

İş şəraiti

  • İş yeri: Sumqayıt şəhəri, Sülh pr. 64
  • İş qrafiki: 5 günlük
  • İş saatları: 08:30-17:30

Təklif edirik

  • Peşəkar komanda ilə işləmək imkanı
  • Karyera və inkişaf perspektivləri
  • Peşəkar və dinamik iş mühiti
  • Mühasibatlıq və maliyyə sahəsində praktiki inkişaf imkanları
  • Rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
  • Peşəkar inkişaf və təlim imkanları
  • Korporativ nömrə
  • Könüllü tibbi sığorta

Mövzu yerinə “Kiçik mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly363
  • Monthly844