Vəzifə öhdəlikləri
- İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və sistemə daxil edilməsi
- Kassa və bank əməliyyatlarının uçotunun aparılmasına dəstək göstərilməsi
- Alış, satış və digər təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi
- Debitor və kreditor borcların uçotunun aparılması və üzləşmələrin həyata keçirilməsində iştirak
- Hesab-faktura, elektron qaimə və digər mühasibat sənədlərinin hazırlanması və yoxlanılması
- Mühasibat məlumatlarının ERP sistemində düzgün və vaxtında işlənməsi
- Mühasibat sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi
- Vergi və digər məcburi ödənişlərlə bağlı məlumatların hazırlanmasına dəstək göstərilməsi
- Elektron qaimələrin hazırlanması və yoxlanılması
- Vergi orqanlarına təqdim olunan məlumat və sənədlərin hazırlanmasında iştirak
- Mühasibat və vergi uçotu üzrə məlumatların düzgünlüyünün yoxlanılmasına dəstək
- Ödəniş tapşırıqlarının və digər maliyyə sənədlərinin hazırlanmasında iştirak
- Əməkhaqqı üzrə ilkin məlumatların hazırlanmasına dəstək göstərilməsi
- Avans, ezamiyyə və digər ödənişlərlə bağlı sənədlərin işlənməsi
- İşçilərlə hesablaşmalar üzrə məlumatların sistemləşdirilməsi
- Müvafiq ödəniş və tutulmalarla bağlı məlumatların hazırlanmasında iştirak
- Gündəlik və aylıq mühasibat məlumatlarının hazırlanmasına dəstək
- Debitor və kreditor borclar üzrə məlumatların hazırlanması
- Baş mühasibin tələb etdiyi hesabatların hazırlanmasında iştirak
- Mühasibat məlumatlarında uyğunsuzluqların müəyyən edilməsi və aidiyyəti şəxslərlə koordinasiya
Namizədə tələblər
- Ali təhsil — Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə
- Mühasibatlıq sahəsində ən azı 1 il iş təcrübəsi
- İlkin mühasibat uçotu və sənədləşmə üzrə biliklər
- Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qaydaları üzrə əsas biliklər
- MS Excel və digər MS Office proqramlarında işləmək bacarığı
- 1C və ya digər ERP sistemləri ilə işləmə təcrübəsi üstünlükdür
- Elektron qaimə və vergi sistemləri ilə işləmə bacarığı üstünlükdür
- Rəqəmlərlə işləmək və analitik düşünmə bacarığı
- Diqqətlilik və yüksək dəqiqlik
İş şəraiti
- İş yeri: Sumqayıt şəhəri, Sülh pr. 64
- İş qrafiki: 5 günlük
- İş saatları: 08:30-17:30
Təklif edirik
- Peşəkar komanda ilə işləmək imkanı
- Karyera və inkişaf perspektivləri
- Peşəkar və dinamik iş mühiti
- Mühasibatlıq və maliyyə sahəsində praktiki inkişaf imkanları
- Rəqabət qabiliyyətli əmək haqqı və bonus sistemi
- Peşəkar inkişaf və təlim imkanları
- Korporativ nömrə
- Könüllü tibbi sığorta
Mövzu yerinə “Kiçik mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.