Planlama şöbəsinin rəhbəri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Planlama şöbəsinin rəhbəri

  • Deadline 21 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək, fəaliyyətlərinə daimi nəzarət etmək və onların xidməti fəaliyyətini qiymətləndirmək;
  • Şöbəyə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə, qanunvericilik aktlarının və təşkilati-sərəncamverici sənədlərin vaxtında və lazımi səviyyədə icrasına nəzarət etmək;
  • İstehsal və təchizat imkanlarını nəzərə alaraq illik, aylıq və həftəlik istehsal planlarını formalaşdırmaq və rəhbərliyə təqdim etdmək;
  • Hər istehsal xətti üzrə yüklənmə balansını izləmək, resurslardan səmərəli istifadəni təmin etmək;
  • Plan və fakt göstəriciləri arasında fərqləri analiz etmək, səbəbləri müəyyənləşdirmək və düzəldici tədbirlər təklif etmək;
  • Müştəri sifarişlərini, istehsal gücünü, resurs mövcudluğunu və prioritetləri nəzərə alaraq istehsalat cədvəllərini tərtib etmək;
  • Məhsul istehsalı üçün tələb olunan xammal, material və aksesuarların vaxtında təmin edilməsini planlamaq və icrasını təmin etmək;
  • İstehsalatın hər mərhələsində planların düzgün icrasını təmin etmək və vaxtında düzəlişlər aparmaq;
  • Gecikmələr, ehtiyat çatışmazlıqları və ya istehsal dayanması kimi riskləri qabaqcadan təhlil etmək və qarşısını almaq;
  • İstehsalat, satış, təchizat və anbar ilə qarşılıqlı əlaqəni təmin etmək;
  • Planlama sistemini inkişaf etdirmək və istehsal modulu üzrə ERP sisteminə keçid prosesində aktiv iştirak etmək;
  • İstehsal gücü, resurs ehtiyacları və səmərəlilik üzrə aylıq hesabatları hazırlamaq
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq iş planı üzrə görülmüş işlər haqqında dövrlər üzrə statistik hesabatları hazırlamaq və üst rəhbərliyə təqdim etmək;

Tələblər :

  • Ali təhsil (mühəndislik, menecment, iqtisadiyyat və ya əlaqəli sahələrdə);
  • Planlama sahəsində  3 il iş təcrübəsi (tekstil sahəsində təcrübə üstünlükdür)
  • Rəhbər vəzifədə ən azı 2 il iş təcrübəsi
  • MS Excel proqramında yüksək səviyyədə biliklər; (1C proqramını bilməyi üstünlükdür)
  • Yüksək riyazi biliklərə malik olmaq
  • Analitik düşüncə
  • Sistemli planlama
  • Vaxtın idarə edilməsi
  • Məsuliyyət 
  • Təşkilatçılıq 
  • Ünsiyyət bacarığı
  • Komanda qurma və idarəetmə bacarığı

İş şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri
  • İş qrafiki: 5 günlük
  • İş saatları : 08:30-17:30 
  • Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında bildirələcək.

Müraciət qaydası:

Mövzu yerinə “Planlama şöbəsinin rəhbəri” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily5
  • Weekly575
  • Monthly2122