Vəzifə öhdəlikləri:
- Tələb olunan mal-material, avadanlıq və xidmətlər üzrə sifarişlərin qəbul olunmasını, təhlil edilməsini və emalını təmin etmək;
 - İllik satınalma planlarının hazırlanmasında iştirak etmək, satınalma proseslərini (tender, kotirovka və s.) təşkil etmək
 - Təchizatçılarla müqavilələrin bağlanmasını təşkil etmək və müqavilə şərtlərinin icrasına nəzarət etmək;
 - Satınalma sifarişlərinin vaxtında və düzgün icra olunmasını təmin etmək və təchizat prosesinin bütün mərhələlərini izləmək;
 - Təchizatçılar bazarını araşdırmaq, potensial təchizatçılarla əlaqə qurmaq və qiymət təkliflərini toplamaq;
 - Təchizatçılarla qiymət, keyfiyyət və çatdırılma müddətləri barədə danışıqlar aparmaq və uyğun seçim etmək;
 - Təchiz edilən malların keyfiyyət və miqdara uyğunluğunu yoxlamaq, zəruri hallarda iddia işlərini həyata keçirmək;
 - Satınalma sənədlərini və hesabatlarını dəqiq və tam tərtib etmək, uçot sistemində məlumatların düzgünlüyünü təmin etmək;
 - Satınalmaların illik və dövri büdcəsinin icrasına nəzarət etmək və təchizat xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
 - Təchizat, istehsal, anbar və logistika funksiyaları arasında əlaqələndirməni təmin etmək və bu mərhələlər üzrə məlumat axınını idarə etmək
 - Material dövriyyəsinə, çatdırılma müddətlərinə və mövcud ehtiyat səviyyələrinə nəzarət etmək və optimallaşdırma tədbirləri həyata keçirmək
 - Struktur bölmənin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq və aidiyyəti üzrə təqdim etmək
 
Tələblər:
- Ali təhsil;
 - Müvafiq sahədə 2 il iş təcrübəsi
 - İT resursları və ofis proqramları (Word, Excel, Power Point) üzrə biliklər
 - Komanda ilə işləmə
 - Operativlik
 - Məsuliyyətlilik
 
İş şəraiti:
- İş yeri: Bakı və Sumqayıt şəhərləri
 - İş qrafiki: 5 günlük
 - İş saatları: 09:00-18:00
 - Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında bildirələcək.
 
Müraciət qaydası:
Mövzu yerinə “Satınalma üzrə mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərməyiniz xahiş olunur.