Vəzifə təlimatı:
- Satınalma şöbəsi ilə bağlı bütün şirkət prosedurlarına riayət etmək öhdəliyinə sahib olmaq
- Təhlükəsiz, diqqətli və səliqəli şəkildə işləmək bacarığına malik olmaq
- Bütün malların həmişə ideal şəraitdə və düzgün yerlərdə saxlanılmasını təmin etmək
- Mallar və ya ləvazimatlar qəbul edilərkən və anbarda yerləşdirilməzdən əvvəl onların fiziki vəziyyətini yoxlamaq, keyfiyyətini və çəkisini saymaq və ölçmək
- Bütün malları anbar tələbi əsasında anbardan vermək
- Düzgün qida ilə işləmə prosedurlarına əməl etmək
- Hər hansı malın azaldığı və ya bitdiyi barədə nəzarətçiyə məlumat vermək
- Yükləmə meydançasından otel istifadəçilərinə malların daşınmasında kömək göstərmək
- Bütün malların yalnız tələbnamə əsasında verilməsini, bütün malların düzgün sənədləşdirilməsini və təsdiqlənməsini təmin etmək. Tələbnamələr anbarın iş saatlarına və şöbələrin sifarişlərinə uyğun olaraq vaxtında yerinə yetirilməlidir.
- Qəbul şöbəsi ilə sıx əməkdaşlıq edərək qəbuldan anbara malların problemsiz ötürülməsini təmin etmək
- Lazım olduqda hotel adından satınalma sifarişlərinə və çatdırılma sənədinə uyğun malları qəbul etmək, bütün uyğunsuzluqları qeyd etmək
- Günlük, həftəlik və ay sonu inventarizasiyalarda iştirak etmək
- Zədələnmiş və ya xarab olmuş mallar barədə dərhal nəzarətçiyə məlumat vermək və düzgün qeydə almaq
- Anbarların hər zaman təmiz, səliqəli və əlçatan olmasını təmin etmək
- Şirkətin yüksək standartlarını əks etdirəcək peşəkar davranış nümayiş etdirmək
- Lazım gələrsə, əlavə verilmiş vəzifələri yerinə yetirmək
Tələblər:
- Hotel sahəsində anbarda minimum 1 il iş təcrübəsinə malik olmaq
- Gərgin və tez-tez dəyişən mühitdə çoxsaylı tapşırıqları sakit və soyuqqanlı şəkildə idarə
- Kompüterləşdirilmiş inventar idarəetmə sistemləri üzrə işləmə bacarığı, MS Word, Excel və oxşar proqram təminatlarında işləmək bilikləri
- Inventar və material idarəetmə prosedurlarında təcrübə
- Təhlükəli materialların saxlanılması ilə bağlı biliklər.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Anbardar” qeyd etməyiniz xahiş olunur