Vəzifə təlimatı:
- Müəssisənin maliyyə və mühasibat əməliyyatlarını idarə etmək, qanunvericiliyə uyğun uçot siyasətini formalaşdırmaq və tətbiqini təmin etmək.
- Mühasibat (maliyyə), vergi, DSMF və statistika hesabatlarını vaxtında və düzgün şəkildə hazırlamaq və müvafiq qurumlara təqdim etmək.
- Vergi və sosial sığorta ödənişlərinin düzgün hesablanmasını və vaxtında ödənilməsini təmin etmək.
- Debitor və kreditor hesablaşmalarına nəzarət etmək, borcların uçotunun düzgün aparılmasını təmin etmək.
- Pul vəsaitlərinin, əmtəə-maddi dəyərlərin, əsas vəsaitlərin və əmək haqqı fondunun uçotunu aparmaq və inventarizasiyasını təşkil etmək.
- İlkin mühasibat sənədlərinin düzgün tərtibinə və ödəniş öhdəliklərinə nəzarət etmək.
- Elektron qaimə-fakturaların hazırlanması və e-qaimə portallardan düzgün istifadəni təmin etmək.
- BTP proqramında (ƏDV, Mənfəət, Əmlak, Torpaq) hesabatların tərtib edilməsini və təqdim edilməsini təmin etmək.
- Şirkətin bütün maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinin mövcud qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək.
- Maliyyə və kassa intizamına, inzibati-təsərrüfat xərclərinə və digər müvafiq xərclərin düzgün uçotuna ciddi riayət etmək.
- Mühasibat sənədlərinin saxlanılması, çoxaldılması və müəyyən edilmiş müddətlərdə arxivə təhvil verilməsini təşkil və nəzarət etmək.
- Hesabların iş planını, ilkin uçot sənədlərinin formalarını hazırlamaq və təsdiqlənməsini təmin etmək.
- Mühasibat uçotunun səmərəli təşkili və müasir hesablama texnologiyalarının tətbiqini təmin etmək.
- Hotel üzrə və digər daxili maliyyə hesabatlarının hazırlanmasını və rəhbərliyə təqdim olunmasını təmin etmək..
Tələblər
- Maliyyə və ya mühasibatlıq ixtisası üzrə ali təhsil;
- Müvafiq sahədə (mühasibatlıq/maliyyə) minimum 3-5 il iş təcrübəsi (hotel sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir);
- Microsoft Office proqramlarında, xüsusilə Excel-də peşəkar səviyyədə işləmə bacarığı;
- PMS sertifikatının olması üstünlükdür;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini və mühasibatlıqla bağlı yerli qanunvericiliyi yaxşı bilməli;
- Vergi və maliyyə hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim olunması prosedurlarını bilməli;
- İşində dəqiq, məsuliyyətli olmalı və detallara yüksək diqqət yetirmə bacarığına sahib olmalıdır.
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: Razılaşma əsasında
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş mühasib” qeyd etməyiniz xahiş olunur