Vəzifə təlimatı:
- Keyfiyyət və qida təhlükəsizliyi standartlarını çox yaxşı bilməli, şəxsi gigiyena prosedurlarına riayət olunmasını təmin etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı;
- Bütün növ (yerli və avropa çörəkləri) və un məmulatlarını standartlara uyğun hazırlamaq;
- Hazırlanmış məhsulların keyfiyyətini təmin etmək;
- Bütün instruksiya və reseptlərin müvafiq şəkildə icra edilməsindən əmin olmaq;
- Ərzaq təhlükəsizliyi normaları, həmçinin mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmaq;
- Gündəlik sifarişlərə nəzarət etmək;
- Hazırlanan çörək və çörək məhsullarının standartlara uyğun qablaşdırılması və daşınmasına nəzarət etmək;
- Yeni məhsul çeşidləri, çörək və çörək məhsulları, undan hazırlanan məmulatların çeşidlərinin genişləndirilməsi ilə bağlı təkliflər vermək;
- Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıların minimuma endirilməsinə nəzarət etmək;
- Dequstasiya prosesinə hazırlıq işlərinə köməklik göstərilməsi;
Tələblər:
- Qonaqpərvərlik və restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir;
- Şirniyyat, çörəkbişirmə sahəsində ümumilikdə 1-3 il iş təcrübəsi;
- İşin tələb olunan vaxtda yerinə yetirilməsi;
- Görüləcək işləri qabaqcadan və düzgün planlaşdırması;
- Çevik iş qrafikində işləmək bacarığı.
- Gigiyena standartlar haqqında məlumatlı olmaq;
- Qida sağlamlığı və təhlükəsizlik qaydaları haqqında biliklər
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
- Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı;
Şərtlər:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: Razılaşma əsasında
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et butonunda qeyd olunan elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Çörəkçi” qeyd etməyiniz xahiş olunur.