Qafqaz Baku City Hotel & Residences Qafqaz Baku City Hotel & Residences
  • 198

Qafqaz Baku City Hotel & Residences

Hotel, restoran və istirahət mərkəzləri

Santexnik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Santexnik

  • Deadline 4 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə təlimatı: 

  • İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət etmək;
  • Santexnika, kanalizasiya və istilik sistemləri üçün hissə və avadanlıqların hazırlanması, quraşdırılması və texniki baxışının aparılması;
  • Hotel otaqları, ümumi sahələr və texniki zonalarda santexniki sistemlərin fasiləsiz işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Sistemlərdə yaranan nasazlıqları operativ şəkildə aşkar etmək, aradan qaldırmaq və zəruri hallarda təcrid etmək;
  • Nasaz və ya sıradan çıxmış komponentləri müvafiq qaydada əvəz etmək;
  • Su sızmaları, təzyiq problemləri və kanalizasiya tutulmaları ilə bağlı müdaxilələri vaxtında həyata keçirmək;
  • Avadanlıqların düzgün istismarı və qorunmasını təmin etmək;

Tələblər

  • Santexnik və ya oxşar texniki sahə üzrə minimum 1–3 il iş təcrübəsi (hotel və ya xidmət obyektlərində təcrübə üstünlükdür);
  • Santexnika, kanalizasiya və istilik sistemləri üzrə praktiki bilik və bacarıqlar;
  • Texniki avadanlıqlar, ölçü alətləri və əl alətləri ilə işləmə bacarığı;
  • SƏTƏM və iş təhlükəsizliyi qaydaları haqqında biliklərə malik olmaq və onlara əməl etmək;
  • Nasazlıqları operativ aşkar etmək və müstəqil şəkildə aradan qaldırmaq bacarığı;
  • Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq;
  • Komanda daxilində və rəhbərliklə effektiv işləmək bacarığı;
  • Zərurət yarandıqda növbəli iş qrafiki ilə işləmək imkanı;
  • Fiziki cəhətdən işin tələblərinə uyğun olmaq

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Santexnik” qeyd etməyiniz xahiş olunur

  • Daily0
  • Weekly533
  • Monthly540