Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 3 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“QAFQAZNET” MMC Mühasib vakansiyasın aktiv elan edir.

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun gündəlik əməliyyatlarını şirkətin daxili prosedurlarına və mövcud tələblərə uyğun şəkildə həyata keçirmək.
  • Elektron qaimə-fakturaların hazırlanmasını, uçota alınmasını və aidiyyəti üzrə göndərilməsini həyata keçirmək.
  • Təchizat, satış, anbar və digər aidiyyəti şöbələrlə əlaqəli şəkildə işləyərək sənəd dövriyyəsinin düzgün təşkilini təmin etmək.
  • 1C proqramında mühasibat əməliyyatlarının düzgün və vaxtında işlənilməsini təmin etmək.
  • Daxil olan elektron qaimələri yoxlamaq və 1C proqram təminatının müvafiq bölmələrinə daxil etmək.
  • Mal-material hərəkətləri üzrə daxilolma və çıxış əməliyyatlarının mühasibat sistemində düzgün əks etdirilməsinə nəzarət etmək.
  • Onlayn bankçılıq sistemləri vasitəsilə ödəniş əməliyyatlarını hazırlamaq və icrasını təmin etmək.
  • Bank əməliyyatlarını 1C proqramında düzgün şəkildə əks etdirmək.
  • Cari ödənişlər üzrə sənədləri yoxlamaq, sistemləşdirmək və ödənişlərin vaxtında icrasını təmin etmək.
  • Debitor və kreditor hesablaşmalarına gündəlik nəzarət etmək, üzləşmə aktlarını hazırlamaq və hesablaşmalar üzrə yaranan uyğunsuzluqları aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə aradan qaldırmaq.
  • Alış və satış əməliyyatları üzrə sənədlərin düzgünlüyünü yoxlamaq və mühasibat uçotunda əks etdirilməsini təmin etmək.
  • Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanmasını və müvafiq uçotunun aparılmasını təmin etmək.
  • Xarici tədarükçülərdən alınan mallar üzrə gömrük bəyannamələrini və əlaqəli sənədləri 1C proqramına işləmək.
  • Xaricdən idxal olunan malların maya dəyərinin əlavə xərclər nəzərə alınmaqla formalaşdırılmasını təmin etmək.
  • Əsas vəsaitlərin və mal-material ehtiyatlarının uçotunu aparmaq, inventarlaşma prosesində iştirak etmək, nəticələri təhlil etmək və aşkar edilən fərqlərin uçotda düzgün əks etdirilməsini təmin etmək.
  • İlkin mühasibat sənədlərinin hazırlanmasını, yoxlanılmasını və qeydiyyatını həyata keçirmək, sənədlərin sistemli şəkildə saxlanılmasını və arxivləşdirilməsini təmin etmək.
  • Rəhbərliyin və aidiyyəti şəxslərin sorğuları əsasında zəruri məlumatları, sənədləri və arayışları hazırlamaq və təqdim etmək.
  • Xaricdən idxal olunan malların maya dəyərinin formalaşdırılmasını təmin etmək.
  • Vəzifə fəaliyyəti ilə bağlı əməkdaşların sorğularını cavablandırmaq və aidiyyəti şöbələrlə koordinasiyalı işləmək.
  • İş prosesində maliyyə və kommersiya məlumatlarının məxfiliyini qorumaq.
  • Öhdəsinə düşən digər əmək funksiyalarını yerinə yetirmək.
  • Analitik düşüncə və təhlil bacarığına malik olmaq.
  • BTP, 1C (ERP), Excel və Word proqramlarından yaxşı istifadə etmək.
  • E-taxes.gov.az və stat.gov.az portallarından istifadə bacarığına malik olmaq.
  • ACCA FA (Financial Accounting) sertifikatının olması üstünlükdür.

Tələblər:

  • Ali təhsil və ya müvafiq ixtisas
  • Minimum 2 illik təcrübə
  • Kompüter bilikləri: 1C, MS
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

İş şəraiti:

  • İş yeri– Bakı, Çinar Park Biznes Mərkəzi. 
  • İş qrafiki – 5/7 (09:00 – 18:00)

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly103
  • Monthly120