Əsas öhdəliklər:
Otelin SPA və Fitnes şöbəsinin gündəlik idarəolunmasını və strateji inkişafını təmin etmək, xidmət keyfiyyətini yüksəltmək və qonaq məmnuniyyətini artırmaq.
Əsas vəzifələr:
- SPA və Fitnes şöbəsinin fəaliyyətini effektiv idarə etmək;
- İşçi heyətini təlimatlandırmaq və xidmət keyfiyyətinə nəzarət etmək;
- Büdcə və maliyyə planlamasını həyata keçirmək;
- Gündəlik və aylıq satış hədəflərinə nəzarət və nəticələrini təhlil etmək;
- Qonaq şikayət və sorğularını effektiv şəkildə idarə etmək;
- Yeni xidmətlərin təşkili və inkişafı üçün təkliflər vermək;
- Texniki və sanitariya vəziyyətinə, həmçinin təhlükəsizlik standartlarına nəzarət;
- Marketinq və satış komandası ilə koordinasiyalı işləmək;
- Yeni xidmətlərin təşkili və inkişaf etdirilməsi üçün təklifləri hazırlamaq;
- Şirkətin brend standartlarının icra edilməsini və yeni standartların tətbiq edilməsi üçün;
- Müvafiq sahələrdə təlimlərin keçirilməsi ilə əməkdaşların bilik-bacarıqlarını inkişaf etdirmək.
Tələblər:
- Təhsil: Ali təhsil (turizm, idman, menecment və ya əlaqəli sahələr üstünlükdür);
- Təcrübə: Minimum 3 il rəhbər vəzifədə (SPA, Fitnes, Hospitality sahəsində);
- Dil bilikləri: Azərbaycan və İngilis dili əla, Rus dili arzuolunandır
- Təşkilatçılıq və idarəetmə bacarıqları, müştəriyönümlülük, komanda ilə işləmək bacarığı;
İş şərtləri:
- Rəsmi əmək müqaviləsi
- Əmək haqqı: Müsahibə əsasında
- Qəbələdə yaşayış (kirayə ev), nahar və işə gəliş-gediş üçün işçi daşıma avtobusları ilə təmin edilir.
- GHG-nin daxili siyasətinə uyğun digər təminatlar
Ünvan: Qəbələ ray., Duruca kəndi., Qafqaz Tufandag Mountain Resort Hotel
Maraqlanan namizədlərdən öz CV-ni PDF formatında mövzu hissəsində İşin adı (Spa&Fitnes Manager) göstərilməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.