Əsas vəzifələr:
- İdxal məhsulları üzrə beynəlxalq bazarlarda araşdırma aparmaq və potensial təchizatçılarla yazılı və şifahi ünsiyyət qurmaq;
- Qiymət müqayisələri, müqavilə şərtlərinin təhlili və risk qiymətləndirmə etmək;
- Qiymət və şərtlərlə bağlı danışıqlar aparmaq;
- Beynəlxalq təkliflər (RFQ/RFP) toplamaq və müqayisə etmək;
- Təchizat müddətləri və daşınma planlaması etmək;
- İdxal, gömrük və logistika sənədlərinin hazırlanmasında iştirak etmək;
- Mövcud təchizat zəncirini optimallaşdırmaq və qənaət imkanlarını araşdırmaq;
- ERP və satınalma idarəetmə sistemləri ilə işləmək.
Namizəddə dair tələblər:
- Ali təhsil ((İqtisadiyyat, Xarici ticarət, Beynəlxalq münasibətlər və ya əlaqəli sahələr üzrə);
- Xarici satınalma və idxal əməliyyatları üzrə minimum 3 il iş təcrübəsi;
- İngilis dilində yüksək səviyyədə danışıq və yazı bacarığı (rus dili üstünlükdür);
- Logistika, gömrük sənədləşməsi və idxal prosesi üzrə biliklər üstünlükdür.
- MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel və Outlook);
- Analitik düşüncə və strukturlaşdırılmış iş bacarığı;
- Zamanın idarə olunması və prioritetləşdirmə bacarığı;
- Müstəqil işləmə bacarığı və təşəbbüskar yanaşma.
Təklif etdiyimiz imkanlar:
- Stabil iş mühiti və peşəkar komanda;
- Rəqabətli əmək haqqı;
- Karyera və inkişaf imkanları;
- İş yerində nahar və nəqliyyat təminatı.
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Müraciət qaydası:
CV-lərinizi subject hissəsində “Xarici Satınalma Mütəxəssisi” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.