Vəzifə təlimatı
- Mətbəxdə ona həvalə olunmuş bölmənin (isti yeməklər, soyuq yeməklər, qarnir və s.) işini təşkil etmək və idarə etmək.
- Yeməklərin resept və standartlara uyğun hazırlanmasını təmin etmək.
- Yeməklərin keyfiyyətinə, təqdimatına və porsiya standartlarına nəzarət etmək.
- Mətbəxdə sanitar-gigiyena qaydalarına riayət olunmasını təmin etmək.
- Mətbəx avadanlıqlarından düzgün istifadə etmək və onların təmiz saxlanmasına nəzarət etmək.
- Məhsulların düzgün saxlanmasını və istifadə müddətlərinə riayət olunmasını təmin etmək.
- Yeni menyu və yeməklərin hazırlanması prosesində baş aşpaza kömək etmək.
- Öz bölməsində çalışan köməkçi aşpazların işinə nəzarət etmək və onları istiqamətləndirmək.
- İş prosesində yaranan problemlər barədə rəhbərliyə məlumat vermək.
- Qonaqlara təqdim edilən yeməklərin yüksək keyfiyyətdə hazırlanmasına cavabdeh olmaq.
Tələblər:
- Aşpazlıq sahəsində peşə təhsili və ya müvafiq sertifikat.
- Hotel və ya restoran mətbəxində iş təcrübəsi.
- Qida təhlükəsizliyi və gigiyena qaydaları barədə bilik
- Komanda ilə işləmək bacarığı.
- Məsuliyyətli, diqqətli və operativ olmaq.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Aşpaz” qeyd etməyiniz xahiş olunur