Qafqaz Sahil Hotel Baku Qafqaz Sahil Hotel Baku
  • 104

Aşpaz

  • Истекает 13 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə təlimatı

  • Mətbəxdə ona həvalə olunmuş bölmənin (isti yeməklər, soyuq yeməklər, qarnir və s.) işini təşkil etmək və idarə etmək.
  • Yeməklərin resept və standartlara uyğun hazırlanmasını təmin etmək.
  • Yeməklərin keyfiyyətinə, təqdimatına və porsiya standartlarına nəzarət etmək.
  • Mətbəxdə sanitar-gigiyena qaydalarına riayət olunmasını təmin etmək.
  • Mətbəx avadanlıqlarından düzgün istifadə etmək və onların təmiz saxlanmasına nəzarət etmək.
  • Məhsulların düzgün saxlanmasını və istifadə müddətlərinə riayət olunmasını təmin etmək.
  • Yeni menyu və yeməklərin hazırlanması prosesində baş aşpaza kömək etmək.
  • Öz bölməsində çalışan köməkçi aşpazların işinə nəzarət etmək və onları istiqamətləndirmək.
  • İş prosesində yaranan problemlər barədə rəhbərliyə məlumat vermək.
  • Qonaqlara təqdim edilən yeməklərin yüksək keyfiyyətdə hazırlanmasına cavabdeh olmaq.

Tələblər:

  • Aşpazlıq sahəsində peşə təhsili və ya müvafiq sertifikat.
  • Hotel və ya restoran mətbəxində iş təcrübəsi.
  • Qida təhlükəsizliyi və gigiyena qaydaları barədə bilik
  • Komanda ilə işləmək bacarığı.
  • Məsuliyyətli, diqqətli və operativ olmaq.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Aşpaz” qeyd etməyiniz xahiş olunur

  • Daily22
  • Weekly550
  • Monthly1121